Türkiyədə dolların məzənnəsi 3,70 lirə səviyyəsini keçib

Türkiyədə dolların məzənnəsi 3,70 lirə səviyyəsini keçib Məzənnə müvəqqəti olaraq 3,75-3,80 TRY/USD-yə kimi yüksələ bilər
Analitika
5 Aprel , 2017 15:24
Türkiyədə dolların məzənnəsi 3,70 lirə səviyyəsini keçib

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi 3,70 TRY/USD səviyyəsini ötüb. "Report" xəbər verir ki, buna səbəb kimi Türkiyədə inflyasiyanın gözləntilərdən yüksək olması və aprel ayının 16-da keçiriləcək referendum göstərilir. İnflyasiyanın gözləntiləri aşması dolların məzənnəsinin 3,66 TRY/USD-yə yüksəlməsinə səbəb olsa da, hazırda dolların məzənnəsinə təsir edəcək əsas amil referendumun gözlənilən nəticələridir. Nəticələr üzrə proqnozların qeyri-müəyyən olması dolların məzənnəsinə də təsir edir. Xarici investorlar ölkənin prezident idarəçiliyinə keçməsini istəmirlər. Bu səbəbdən referendumda müsbət cavab çıxarsa, investorlar sərmayələrini azalda bilərlər. Əks halda, hökumətin necə addım atacağı sual altındadır.

"Report"un analitik qrupu referenduma qədər dolların məzənnəsinin 3,75-3,80 TRY/USD səviyyəsinə qədər yüksələcəyini, referendumdan sonra isə 3,60-3,65 TRY/USD-yə geriləyəcəyini ehtimal edir. Qeyd edək ki, Türkiyədə dolların maksimal məzənnəsi bu ilin əvvəlində (3,9423 TRY/USD) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi