Tarix tarixə ixtilafdır?

Tarix tarixə ixtilafdır? Nədənsə Avropa muzeylərinin tarixi eksponatları bu cür narazılığa səbəb olmur
Analitika
230
14 Aprel , 2021 18:54
Tarix tarixə ixtilafdır?

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtdakı Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Orada Vətən müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürülən hərbi texnika ilə yanaşı, əsgərlərin dəbilqələri, habelə erməni hərbçilərin təsvir olunduğu mulyaj maketləri sərgilənir. Parkın açılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və məğlub tərəfin narazılıq obyektinə çevrilib. Sosial şəbəkə istifadəçilərindən bəziləri erməni hərbi qulluqçularının dəbilqələrinin və erməni əsgərlərinin mulyaj maketlərinin muzeydəki ekspozisiyanın bir hissəsi olmasından qəzəbləniblər.

Ancaq nədənsə bu cür kadrlardan narazı qalan istifadəçilər dünyanın bir çox muzeyində belə eksponatlar görməyin mümkünlüyünü nəzərə almayıblar.

“Report” bu cür muzeylərə ən parlaq nümunələri sizlərə təqdim edir:

Hərbi Muzey, Vrotslav Şəhər Muzeyi (Varşava)

İkinci Dünya müharibəsindən çox böyük ziyan görə Polşa müxtəlif hərbi eksponatların nümayiş olunduğu öz müharibə muzeyini yaradıb. Əyilmiş pulemyotlar, UR tank əleyhinə tüfənglər, Mauzer və Mosin tüfəngləri, alov saçan silahlar, dəbilqə və hərbi geyimlərdən ibarət təsirli kolleksiya – bunlar Vrotslav Hərb Muzeyinin maraqlı və orijinal kolleksiyalarının diqqətçəkən məqamlarından yalnız bəziləridir. Muzeydə 500-dən çox dəbilqədən ibarət kolleksiya var. Qalaydan hazırlanan baş geyimlərindən artıq 18-ci əsrdə əsgərləri döyüş meydanında güllələrdən, qəlpələrdən və soyuq silahlardan qorumaq üçün istifadə olunurdu. Kolleksiyanın böyük hissəsi Yatsek Kiyakın vəsiyyət etdiyi Polşa ordusunun dəbilqələrindən ibarətdir. Dəbilqələr yalnız Polşadakı müxtəlif hərbi hissələrdən gəlmir, həmçinin üzərində Polşa işarələri ilə yenidən hazırlanmış yerlərdən gəlir. Bu cür əşyalardan biri də üzərində Vrotslav gerbi olan alman dəbilqəsidir.

Braqansa Hərb Muzeyi (Portuqaliya)

Tarixi şəhərcik olan Braqansadakı qəsrdə Portuqaliyadakı çoxsaylı hərbi muzeylərin ən yaxşısından biri yerləşir. Muzeyin eksponatları təxminən 12-ci əsrdən I Dünya Müharibəsi və Portuqaliyanın 1960-70-ci illərdə Afrikada koloniyaları olmuş Anqola və Mozambikdəki nizamsız müharibələrinə qədər olan dövrə aiddir. Son münaqişə muzeydə Braqansa və Tras os Montes regionlarından olan hərbçilərin xatirə qəniməti kimi özləri ilə gətirdikləri Afrika baltaları, dəyənəklər, maskalar, nizə və digər əşyalar kimi eksponatlar şəklində təqdim olunur.

Vyana Dünya Muzeyi

Bəzən Avropadakı muzeylərdə daha çox səs-küylü və “mübahisəli” qənimətlərə rast gəlmək olur. Bir neçə il əvvəl Vyanada açılan Dünya Muzeyi (Weltmuseum) xüsusi eksponatın – munduruku hindu qəbiləsinə məxsus hərbi qənimət hesab edilən (Braziliyadan) kəsilmiş başın nümayiş etdirilməsinə görə tənqid atəşinə tutuldu. Ekspozisiya bir çox mütəxəssisin qəzəbinə səbəb olmuşdu.

Rəqiblərin mulyaj maketlər şəklində təsvir olunması da yeni bir şey deyil, istər Avropa, istərsə da qonşu ölkələrin muzeylərində. Onları daha çox II Dünya Müharibəsinə həsr olunmuş muzeylərdə və faşizmə qarşı mübarizə haqqında hərbi-tarixi muzeylərdə görmək olar.

Böyük Britaniyada hərbi muzey

Kalininqrad Vilayət Tarix və İncəsənət Muzeyi

Kalininqraddakı Bunker Muzeyi (Lyaş Blindajı)

Minskdəki Böyük Vətən Müharibəsi Muzeyi

Latviyadakı hərbi muzey

“Leninqrad blokadasının yarılması” muzey-qoruğu

Nədənsə Avropa muzeylərinin tarixi eksponatları bu cür narazılığa səbəb olmur, amma Azərbaycan xalqının qələbəsinin nümayişi və tariximizin əbədiləşdirilməsi müəyyən dairələrin tənqidinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi