Şuşada “andiçmə” şousu - azad edilməyən torpaqlar, sponsor vasitəçilər - ŞƏRH

Şuşada “andiçmə” şousu - azad edilməyən torpaqlar, sponsor vasitəçilər - ŞƏRH Dünyanın istənilən bölgəsindəki münaqişə, nəzarətsiz ərazi beynəlxalq təhlükəsizlik üçün təhdiddir. Ermənistan hakimiyyəti Cənubi Qafqazda münaqişə yaratmaq, Azərbaycan torpaqlarını işğal etməklə təhlükə mənbəyidir. Yaxud nə qədər ki, ermənilər bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olacaqlar, o vaxtadək bu ölkə təhlükə mənbəyi olacaq. Ermənistan bölgə üçün sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün maneədir. Belə bir dövlət risklidir.
Analitika
22 May , 2020 17:45
Şuşada “andiçmə” şousu - azad edilməyən torpaqlar, sponsor vasitəçilər - ŞƏRH

Dünyanın istənilən bölgəsindəki münaqişə, nəzarətsiz ərazi beynəlxalq təhlükəsizlik üçün təhdiddir. Ermənistan hakimiyyəti Cənubi Qafqazda münaqişə yaratmaq, Azərbaycan torpaqlarını işğal etməklə təhlükə mənbəyidir. Yaxud nə qədər ki, ermənilər bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olacaqlar, o vaxtadək bu ölkə təhlükə mənbəyi olacaq. Ermənistan bölgə üçün sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün maneədir. Belə bir dövlət risklidir.

Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını işğal atlında saxlamaqla beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və saymazlıq edir.

Mayın 21-də Azərbaycanın qədim şəhəri Şuşada keçirilən və bu ölkənin baş naziri Nikol Paşinyanın da qatıldığı tədbir bunu bir daha təsdiqlədi.

Separatçı rejimin qondarma seçkisindən sonra keçirilən “andiçmə” mərasiminə qatılmaqla o, arxalı olduğunu nümayiş etdirdi. Dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Azərbaycanın işğal altında olan torpağında qurulan “strukturu” və “rejimi” tanımır. Bu halda rəsmi Yerevan təmsilçilərinin işğal edilən qonşu dövlətin torpaqlarında nə işi var? Bu ərazidə ikinci bir erməni dövlətinin yaranması prosesinə beynəlxalq ictimaiyyət niyə göz yumur? Ermənilərin başını beynəlxalq vasitəçiləri niyə sığallayır? İşğalçı dövlətə qarşı niyə sanksiya tətbiq edilmir?

Əvvəlcə onu qeyd edək ki, Ermənistan rəsmilərinin işğal altında olan Azərbaycan torpaqlarına səfəri İkinci Dünya müharibəsində faşist liderlərin Fransaya, Rusiyaya gəlməsi, London küçələrində hərəkət etməsinə oxşayır. O vaxt faşizm və onun ünsürləri bu ölkələrdən beynəlxalq ictimaiyyətin dəstəyi ilə çıxarıldı.

Deməli, beynəlxalq ictimaiyyət ədalətli mövqe tutsa, Ermənistan Azərbaycan torpaqlarından çoxdan çıxarılmışdı.

Ermənistanda hakimiyyətdə olanlar da faşist Qaregin Njdenin ideologiyası ilə tərbiyə olunublar. Nikol Paşinyanın faşist nəvəsi olması təsdiqlənib. Odur ki, Ermənistan hakimiyyəti təmsilçilərinin işğal altında olan Dağlıq Qarabağa səfərini dəstəkləyənlər, yaxud ermənilərin Azərbaycan torpaqlarındakı özbaşınalığına göz yumanlar da faşzimi dəstəkləmiş sayılırlar.

Rəsmi Yerevan təmsilçilərinin Qarabağa tez-tez səfər etməsi heç də oradakı separatçılara, yaxud Azərbaycan vətəndaşı olan erməni icmasına sevgidən deyil. Ermənistanda hakimiyyət uzun illərdir Dağlıq Qarabağın erməni icmasından özünümüdafiə üçün istifadə edir. Yerevanda iqtidarda olanlar Qarabağda müharibə variantının qalmasından varlanırlar. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın, sabiq müdafiə naziri Seyran Ohayanın var-dövləti, əsgər konservlərini oğurlayan generalların varlanması buna sübutdur. Seyran Ohaynanın Yerevanda bir gecədə sökülən mülkü Qarabağdakı erməni icmasının qanının hesabına tikilimişdi. Bu icmanın Ermənistan hakimiyyətinin əlində girov olaraq saxlanılmasını təsdiqləyən çoxsaylı faktlar var.

Nikol Paşinyan da bu variantdan istifadə edir. O, Qarabağa daha çox gəlir, nəinki Ermənistanın çoxsaylı problemi olan, kriminal Gavar (Kəvər) rayonuna, yaxud çoxsaylı problemləri olan Gümrüyə, Tauşa və s. səfər edir.

Ermənistan hakimiyyəti Qarabağda müharibə vəziyyətini saxlamaqla beynəlxalq donorlardan maliyyə qoparır. Onlar özlərini dünyaya “məzlum”, “əzabkeş” kimi sırımaqla ac qarınlarını, dövlət büdcəsini doldururlar.

Ermənistan prezidenti Armen Sarkisyan ölkəsində “Uşaqların cinsi istismardan qorunması haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) icrasında səhvlərə yol veriləcəyindən narahat olduğunu bildirib. Mayın 11-də Ermənistan parlamenti bu konvensiyanı ratifikasiya edib.

Uşaqların bütün hüquqlarının qorunması dünyanın ən müqəddəs işidir. Ancaq Ermənistan hakimiyyəti uşaqların hüquqlarını qorumaq adı altında beynəlxalq donor təşkilatlardan daha çox qrant almaq üçün ölkədə bu sahədə vəziyyətin dözülməz olduğunu vurğulayırlar. Hakimiyyət təmsilçiləri mənəvi cəhətdən o qədər aşınıb ki, bu kimi məsələdən qazanc əldə edirlər.

Ermənistanda elə başa düşdülər ki, Paşinyan və onun təmsil etdiyi siyasi qüvvə hakimiyyətə gəldikdən sonra problemləri düzələcək, rifah halları yaxşılaşacaq, bir tikə çörək üçün miqrasiya etməyəcək, övladları Qarabağda mənasız yerə ölməyəcək, intihar etməyəcək və əsgər yoldaşları tərəfindən qətlə yetirilməyəcəklər.

Ancaq heç nə dəyişmədi: “Köhnə hamam, köhnə tas”.

Paşinyanın Şuşaya qanunsuz gəlişindən iki gün əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Henrix Aramyan ölüb. Onu hərbçi həmkarı qətlə yetirib. Hadisəni törədən kiçik çavuş qətl və xuliqanlığa görə həbs edilib.

Ermənistan hakimiyyəti pandemiya şəraitində Qarabağda separatçı rejim üçün “seçki” keçirməklə erməni icmasını təhlükəyə atdı. Artıq işğal altında olan bölgədə koronavirusa yoluxan icma üzvlərinin sayı 33-ə çatıb. Onların sayının tezliklə artacağı istisna edilmir. Rəsmi Yerevan virusa yoluxanların sayının çoxalmasında maraqlıdır. Çünki bu halda xaricdən daha çox maliyyə yardımı almağa səbəb olur. Başqa sözlərlə, Ermənistan Qarabağdakı erməni icmasından dilənçi kimi istifadə edir.

Koronavirusun Ermənistanda hökumət böhranı yaradacağı gözlənilir. Bunu Nikol Paşinyan hökumətinin və komandasının keçmiş üzvü, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanesyan mayın 21-də “Twitter” səhifəsində yazıb. MTX-nin keçmiş direktoru Ermənistanda antiböhran hökumətinin yaranmasını təklif edib. O vurğulayıb ki, Ermənistanın düşdüyü humanitar böhrandan, mürəkkəb vəziyyətədən çıxarmaq üçün bütün qüvvələrin birləşdirəcək yeni antiböhran hökuməti yaradılmasına ehtiyac var.

Onun sözlərinə görə, infeksiyanın sürətli yayılması iqtisadi inkişafın sürətinin azalmasına və sosial gərginliyin artmasına səbəb olub: “Bu isə ölkəmiz üçün ciddi təhlükə vəd edir”.

Vanesyan Paşinyan üçün başağrısına çevrilir. Ermənistanda çıxan “Qraparak” qəzetinin yazdığına görə, ölkənin prokurorluq, polis orqanlarını, istintaq komitəsini və Milli Təhlükəsizlik Xidmətini tərk edənlər onun ətrafında torplanırlar.

Son zamanlar hökumətdən də istefa verənlərin sayı artıb.

Nikol Paşinyanın 2 il əvvəlki sosial bazası zəifləyir. Başqa sözlərlə, bu baza parçalanıb. Əvvəllər Paşinyan reytinqi ilə bağlı tez-tez sosial sorğu keçirtdirir və KİV-də dərc etdirirdi. Ancaq son zamanlar ölkə mediasında reytinq sorğusuna rast gəlinmir. Yerinə yetirilməyən çoxsaylı vədlər hökumət başçısının nüfuzunun azalmasından xəbər verir. Ermənistanda azalan nüfuzunu Paşinyan Qarabağdakı erməni icmasının hesabına ödəməyə çalışır. Ancaq Koçaryanın həbsdə saxlanılması və onun zaminə buraxılması ilə bağlı müraciətlərə məhəl qoyulmaması, Serj Sarqsyana görünməyən hücumlar Qarabağdakı erməni icması liderlərinin rəsmi Yerevana təsiretmə imkanının məhdud olduğunu təsdiqləyir. Belə bir halda qarşı tərəfin gözlənilən, yaxud başlayan hökumət böhranında Paşinyana dəstək verəcəyi ehtimalı çox azdır. Odur ki, icma liderləri və üzvləri arasında nüfuz qazanmaq, onun artırmaq üçün Ermənistan hökumətinin başçısı Qarabağa tez-tez səfərlər edir.

Deməli, Ermənistan hakimiyyətinin təmsilçiləri, o cümlədən Nikol Paşinyan Qarabağa daha çox hakimiyyəti qorumaq naminə gəlirlər. Beynəlxalq ictimaiyyət, o cümlədən vasitəçilər rəsmi Yerevanı tənbeh etməkdənsə, separatçıların və rəsmi Yerevanın başını sığallayırlar. Münaqişənin həllinə yardım edəcək vasitəçilikdənsə, separatçı və işğalçı himayə olunur.

Mayın 21-də ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı açıqlamasına cavabı vasitəçilərin məsələyə yanaşmasını göstərir. Ondan Lavrovun bu yaxınlarda ifadə etdiyi Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ABŞ-ın bölüşüb-bölüşmədiyi soruşulub. Amerikalı diplomat suala birbaşa cavab vermək əvəzinə sol qulağı sağ əllə tutmağa çalışıb. O deyib ki, həm Rusiya, həm də ABŞ münaqişənin sülh yolu ilə həlli məsələsində vacib vasitəçilər olaraq qalır: “Biz vasitəçilik missiyasının bir hissəsi kimi konstruktiv fəaliyyət göstərməyə çalışırıq və bu çoxillik münaqişəni həll etməkdə qərarlıyıq”.

Onun sözlərinə görə, ABŞ-ın bu məsələdəki vəzifəsi bölgədə uzunmüddətli sülhün bərqərar olmasıdır.

Treysi ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ Qarabağ probleminin sülh yolu ilə həllində iştirakını davam etdirəcəyini, son illər ərzində Dağlıq Qarabağ icmasına 70 milyon ABŞ dolları məbləğində dəstək verildiyini bildirib.

Bundan sonra Qarabağdakı erməni icmasına koronavirusa qarşı mübarizə çərçivəsində yardım göndəriləcəyi ehtimalı çoxdur. Linn Treysi suala birbaşa cavab verməyib, əsl fikrini gizlətməyə çalışıb. Bu, ABŞ-ın məsələnin həllində Azərbaycanı qane edəcək konkret plan və təklifinin olmadığını deməyə əsas verir. Belə yanaşmalardan o qənaətə gəlmək olar ki, üç həmsədr ölkə münaqişənin həllinə eyni mövqedən yanaşmır. Əks halda Nikol Paşinyan Şuşaya gəlib, qondarma rejimin saxta seçkisinin nəticəsi olan andiçməyə qatılmaqla münaqişənin həllinə, sülh prosesinə əngəl yaratmazdı.

Beynəlxalq vasitəçilər ermənilərdən indi və perspektivdə regiona təsir etmək imkanını əllərində saxlamaq üçün bu etnik qrupun qanunsuz əməllərinə göz yumurlar. Ermənilər Qafqazın yerli sakini deyil. Onlar üçün bu torpaqlarda dövlət qurulub. Himayədarlıq edilib. Bu kimi xüsusiyyətlərə görə Ermənistan və ermənilər xarici qüvvələrin maraqlarını təmin etməklə məşğuldur. Bir zaman həmin qüvvələr tərəfindən atılmamaq üçün onlara xidmət edirlər. Elə bu kimi səbəblərə ermənilərin başları sığallanır. Ermənistan dövlətini yaradanlar ona hansı məntiqlə sanksiya tətbiq edəcək? Həmin qüvvələr Şuşada keçirilən “andiçməni” görməzlikdən gəlirlər. Torpaqları azad etmək Azərbaycanın təbii və qanuni haqqıdır. Ancaq Paşinyanın Qarabağa gəlişinə göz yumanlar bu haqqı reallaşdırmağa imkan vermirlər. Azərbaycana qarşı tətbiq edilmiş, sadəcə olaraq dondurulan 907-ci düzəlişini, aprel döyüşlərinin dayanmasını yada salmaq yetərlidir.

Hələlik vasitəçilər işğalçılara sponsorluq edirlər. Əks halda, qondarma rejim nə “seçki keçirə”, nə də “and içə” bilərdi. Heç Paşinyan da gəlib Şuşada poz verə bilməzdi.

Son xəbərlər

Orphus sistemi