S​anksiyasız İrandakı bayram yürüşündə yenə "Amerikaya ölüm!" şüarı səsləndirilib - ŞƏRH

S​anksiyasız İrandakı bayram yürüşündə yenə "Amerikaya ölüm!" şüarı səsləndirilib - ŞƏRH İran İslam inqilabının 37-ci ildönümünə həsr edilən yürüşü işıqlandırmaq üçün 280 xarici jurnalist, fotomüxbir ölkəyə səfər edib
Analitika
11 Fevral , 2016 16:30
S​anksiyasız İrandakı bayram yürüşündə yenə Amerikaya ölüm! şüarı səsləndirilib - ŞƏRH

Bakı. 11 fevral. REPORT.AZ/ Sanksiyalar aradan qaldırıldıqdan sonra İran ilk dəfədir İslam inqilabının ildönümünü qeyd edir. 

İnqilabın 37-ci ildönümündə "Amerikaya ölüm!" şüarının yenidən verilib-verilməyəcəyi maraqlı məqamlardan biri idi. Xarici ölkələri təmsil edən media nümayəndələri də heç şübhəsiz bu maraqdan İrana səfər edib və bayram mərasimlərinə qatılıblar.  

Qeyd edək ki, inqilabın ildönümü yürüşünü işıqlandırmaq üçün 280 xarici jurnalist, fotomüxbir İrana səfər edib. Məlumata görə, 5 200-dən çox media nümayəndəsi ölkənin müxtəlf şəhərlərində keçirilən tədbiri işıqlandırıb.

Ənənəvi olaraq, İran ölkə və dünya ictimaiyyəti üçün özünün hərbi gücünü canlı qüvvə və texnikasını nümayiş etdirməklə göstərib. 

Yürüş və çıxışlarda "Amerikaya ölüm!" şüarının yenə səsləndirilməsi müşahidəçilərin diqqətindən yayınmayıb.

Adının çəkilməsini istəməyən yerli mütəxəssislər bildirib ki, sanksiyalar ləğv olunduqdan sonra İran hakimiyyətinin ABŞ-la münasibətlərinin normallaşması istiqamətində addımlar atılacağı gözlənilir. Bu baxımdan "Amerikaya ölüm!" şüarının söylənilməsinə azından məhdudiyyətlərin qoyulacağı ehtimal edilirdi. Tehranın bu şüarı götürməsi üçün 

Vaşinqtonla daha bir bazarlığa gedəcəyi də istisna olunmur. Bundan başqa müşahidəçilər hesab edir ki, İran hakimiyyətinin bu şüardan belə tezliklə əl çəkməsi, yaxud onun səsləndirilməsinə məhdudiyyətlər tətbiq etməsi həm müttəfiqləri, həm də İslam Respublikasına siyasi-ideoloji cəhətdən bağlı olan qruplar və insanlar tərəfindən düzgün başa düşülməz. Odur ki, bu şüarın ömrünün də başa çatması uzaqda olan məsələ deyil.

Xatırladaq ki, İranda inqilab zamanı "İsrailə ölüm!", "Amerikaya ölüm", "Şurəviyə (SSRİ nəzərdə tutulur- "Report") ölüm!" şüarları səsləndirilirdi. İnqilabdan bir il sonra o vaxtkı SSRİ ilə İran arasında bir sıra məsələlərə dair razılıq əldə edildikdən sonra "Şurəviyə ölüm!" şüarı dayandırıldı. "İsrailə ölüm!", "Amerikaya ölüm" isə indi də inqilab yürüşlərinin əsas şüarıdır. 

Son xəbərlər

Orphus sistemi