Rusiyalı politoloq: "Yerevandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq"

Rusiyalı politoloq: "Yerevandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq" "Olaylar Serj Sarqsyanın prezident postundan mümkün uzaqlaşdırılması ilə qorxusunu əhəmiyyətli dərəcədə artıracaq"
Analitika
18 İyul , 2016 10:12
Rusiyalı politoloq: Yerevandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq

Bakı. 18 iyul. REPORT.AZ/ "Yerevandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov müxalif qüvvənin Yerevanda polis məntəqəsini ələ keçirməsini şərh edərkən deyib.

O əlavə edib ki, olaylar Serj Sarqsyanın prezident postundan mümkün uzaqlaşdırılması ilə qorxusunu əhəmiyyətli dərəcədə artıracaq.

"Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir. Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir", - deyə politoloq bildirib.

Son xəbərlər

Orphus sistemi