Rusiyalı politoloq: "Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib" - ŞƏRH

Rusiyalı politoloq: "Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib" - ŞƏRH Konstantin Tasits: "Etirazları xarici təhdidlərlə azaltmaq cəhdləri var"
Analitika
25 Aprel , 2018 14:59
Rusiyalı politoloq: Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib - ŞƏRH

Moskva. 25 aprel. REPORT.AZ/ "Ermənistanda hər şey sərt qarşıdurmaya doğru getsə, ölkədaxili münaqişə Cənubi Qafqaz regionunun sabitliyinə təsir göstərə bilər."

Bunu "Report"un Rusiya bürosuna Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) elmi əməkdaşı Konstantin Tasits bildirib.

"Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib. Vəziyyət birmənalı deyil: Respublikaçılar Partiyası parlamentdə çoxluğu saxlayır və baş nazir vəzifəsini icra edən də bu partiyanın nümayəndəsidir. Paşinyan və Karapetyan arasında keçiriləcək danışıqların yekunu olaraq müxalifətin güzəştə gedib-getməyəcəyi, hökumətdə əsas dəyişikliyin olub-olmayacağı və ya tam fərqli ssenari olacağı barədə danışmaq mümkün olacaq", - K.Tasits vurğulayıb.

Rusiyalı ekspert xatırladıb ki, N.Paşinyan və onun ətrafı Yerevanda baş verən əvvəlki siyasi böhranlarda həmişə Qarabağ məsələsində Azərbaycana heç bir güzəşt olunmamasını tələb edən radikalları dəstəkləyib.

"Etirazları xarici təhdidlərlə azaltmaq cəhdləri var. Bu, baş verərsə, cəmiyyəti birləşdirmək asan olacaq və daxili fikir ayrılıqları arxa plana keçəcək", - K.Tasits əlavə edib.

Son xəbərlər

Orphus sistemi