Rusiyalı politoloq: "Ermənistanda iğtişaşlar anti-Rusiya xarakteri alıb" - ŞƏRH

Rusiyalı politoloq: "Ermənistanda iğtişaşlar anti-Rusiya xarakteri alıb" - ŞƏRH "Permyakovu Ermənistana təhvil vermək lazım idi"
Analitika
17 Yanvar , 2015 10:58
Rusiyalı politoloq: Ermənistanda iğtişaşlar anti-Rusiya xarakteri alıb - ŞƏRH

Bakı. 17 yanvar. REPORT.AZ/ "Gümrüdə Rusiya bazasının hərbçisi Valeri Permyakovun şübhəli bilindiyi erməni ailəsinin qətli faciəsi insanlara və silahlara nəzarəti həyata keçirməli olan Rusiya komandanlığının təqsiri ucbatından baş verib". Bunu "Report"a rusiyalı politoloq Andrey Yepifantsev Ermənistanda altı nəfərdən ibarət ailənin qətlə yetirilməsindən sonra başlayan Rusiya əleyhinə etirazları şərh edərkən bildirib.

A.Yepifantsev vurğulayıb ki, Ermənistan tərəfi bu məsələni siyasiləşdirir, Yerevanda və Gümrüdə baş verən iğtişaşlar anti-Rusiya xarakteri alıb.

Ermənistan ictimaiyyətinin bu cür narahatlığının səbəblərinə toxunan politoloq qeyd edib ki, ictimaiyyət Avropa birliyi (Aİ) və ya Gömrük Birliyinə daxil olma məsələsinə görə iki hissəyə bölünüb. "Ermənistan ictimaiyyətini bir neçə il ərzində inandırmağa çalışıblar ki,  həm Aİ tərkibində olmaq və oradan faydalanmaq, eyni zamanda Rusiya ilə Gömrük və hərbi ittifaqlara daxil olmaq olar. Bunun sayəsində RF ölkənin təhlükəsizliyini və Ermənistanı ucuz qazla təmin edə bilərdi.  Lakin belə olmur. Ötən il ermənilərə bunu izah etdilər, bunun nəticəsində Rusiyaya qarşı müəyyən narazılıq və etirazlar yarandı. Həmin narazılığın bir hissəsi indi büruzə verir", - ekspert söyləyib. 

Rusiyaya qarşı narazılığın ikinci səbəbi kimi politoloq Rusiyanın erməni ictimaiyyəti ilə işləyə və danışa bilməməsini göstərib.

"Rusiyanın erməni ictimaiyyəti ilə "mülayim qüvvə" kontekstində işini Qərbin işi ilə müqayisə etsək, onların arasında yerlə göy qədər fərqin olduğunu görərik. Qərb Ermənistanla çox sıx işləyir və onun ictimai rəyini öz tərəfinə çəkir. Rusiya bu istiqamətdə heç işləmir və ya bunu çox bacarıqsız şəkildə edir", - politoloq hesab edir. 

Problemin hüquqi tərəfinə toxunan ekspert qeyd edib ki, hazırda Permyakovun işi üzrə qanunvericiliklə bağlı vəziyyət anlaşılmazdır.

O bildirib ki, RF Konstitusiyasının 61-ci maddəsinə əsasən, Rusiya vətəndaşlığı olan cinayətkarın digər ölkələrə ekstradisiyasına yol verilmir. "Bundan başqa, hərbi baza haqqında Ermənistan-Rusiya müqaviləsində ekstradisiya ilə bağlı maddə mövcuddur. Orada yazılıb ki, əgər cinayət Rusiya bazası və ya hərbi obyektlərinin ərazisində baş veribsə, RF qanunları işləyəcək, əgər Ermənistan ərazisində baş veribsə, o zaman Ermənistan qanunları, istintaqı və qanunvericiliyi qüvvəyə minəcək", - A.Yepifantsev qeyd edib. 

Ekspertin fikrincə, Permyakovu Ermənistan tərəfinə təhvil vermək lazım idi. 

Son xəbərlər

Orphus sistemi