Yuxarı
    Bağlamaq

    Rusiyalı ekspert: "German Sterliqovun Dağlıq Qarabağa köçməsi oranın nəzarətsiz bölgə olması ilə bağlıdır" - RƏY

    Qarabağa köçməklə, German Sterliqov bütün qanunverici məkanlardan çıxmağa ümid edir

    Bakı. 17 iyul. REPORT.AZ/ "German Sterliqovun məhz Dağlıq Qarabağa köçmək qərarı siyasətə aid olmayan səbəblərdən verilib. Çox güman ki, o, Qarabağın nəzarətsiz bölgə və digər yerlərdən fərqli olaraq vergilərdən azad olunması kimi amilləri nəzərə alıb". 

    Bunu "Report"a rusiyalı analitik Qriqori Trofimçuk iş adamı German Sterliqovun Dağlıq Qarabağa köçməsi məsələsini şərh edərkən bildib.

    Onun fikrincə, uzun müddət qapalı şəraitdə qalan istənilən ərazi birtəhər sağ qalmaq, hardansa pul qazanmaq məcburiyyətindədir: "Belə yerlərin ətrafında yalnız narkotiklər deyil, hətta insan orqan ticarəti və s. haqqında söhbətlər gedir. Belə yerlər az deyil. Məsələn Kosovo, baxmayaraq ki, o, bir qədər fərqli statusa malikdir. Dağlıq Qarabağın da statusu müəyyənləşməyənə qədər bu durumdan azad ola bilməyəcək. Həmin ərazini buraların çox münbit torpaqlar olması xilas edir. Deməli, burada ibtidai şəkildə çox natural təsərrüfatla məşğul olmaq olar. Sterliqovun da hədəfi budur. Qarabağa köçməklə, German Sterliqov bütün qanunverici məkanlardan çıxmağa ümid edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi