Rusiyalı ekspert: "Ermənistanda istənilən kütləvi hərəkat xarici təbiətə və mənbəyə malikdir" - RƏY

Rusiyalı ekspert: "Ermənistanda istənilən kütləvi hərəkat xarici təbiətə və mənbəyə malikdir" - RƏY "Serj Sarqsyan müstəqil fiqur deyil, o, Ermənistanın bütün siyasəti kimi oyuncaqdır"
Analitika
1 Avqust , 2016 16:53
Rusiyalı ekspert: Ermənistanda istənilən kütləvi hərəkat xarici təbiətə və mənbəyə malikdir - RƏY

Bakı. 1 avqust. REPORT.AZ/ "Erməniləri küçələrə axışmağa ilk növbədə çarəsizlik məcbur edib. Özü də təkcə ölkədə çoxdan mövcud olan siyasi yox, həm də sosial və iqtisadi çərəsizlik".

Bu sözləri "Report"a açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov Yerevanda post-patrul alayı binasının ələ keçirilməsinin yekunları və nəticələrini şərh edərkən deyib.

"Ölkədəki ermənilərin əksəriyyətinin işi-gücü yoxdur, özlərini reallaşdırmaq üçün konkret imkanları yoxdur", - deyə ekspert bildirib.

Politoloq Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistan rəhbərliyinin güzəştə getmək perspektivinin Ermənistanda narahatlıq doğuran amillərdən biri olduğunu, amma ən başlıcası olmadığını vurğulayıb. O həmçinin bildirib ki, 30 nəfərlik bir qrup silahlanır, plan hazırlayır və PPX alayının binasını ələ keçirirsə və bunun qarşılığında Ermənistan xüsusi xidmət orqanlarının heç nədən xəbəri olmursa, deməli, bu ölkədə sistem böhranı mövcuddur.

Yerevanda baş verən son hadisələrə xaricdən hər hansı təsirin olması barədə danışan politoloq deyib: "Ermənistan spesifik ölkədir. Onun kim - əhalini seçdiyi hökumət, yoxsa diasporlarda fəaliyyət göstərən xarici güc mərkəzləri tərəfindən idarə olunduğunu söyləmək mümkün deyil".

Onun sözlərinə görə, Serj Sarqsyan müstəqil fiqur deyil, o, Ermənistanın bütün siyasəti kimi oyuncaqdır. "Ona görə də belə deyərdim: Ermənistanda istənilən kütləvi hərəkat xarici təbiətə və mənbəyə malikdir. Bu, tarixən belə olub, ermənilər hər zaman kiminsə aləti olub. Məsələn, ölkədə bir qrup, deyək ki, Rusiyanın, digər qrup isə ABŞ-ın alətidir, indi də onlar bir-biri ilə mübarizə aparırlar", - analitik hesab edir.

Baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri barədə danışan analitik söyləyib ki, baş verənlər Serj Sarqsyana Azərbaycanın işğal olunmuş ərazilərinin sülh yolu ilə geri qaytarılması məsələsinin uzadılmasında əlavə "kozır" qazandırır.

"O, artıq bu məsələdə istənilən, hətta minimal tərəqqinin siyasi rejiminin sabitliyinə hədə olması ilə bağlı real sübuta malikdir. Sarqsyan bunu yaxşı başa düşür və o, bu hadisələrdən mümkün qədər çox üstünlük qazanmağa çalışacaq", - deyə O.Kuznetsov fikrini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi