Rusiyalı ekspert: "Azərbaycan hökumətinin yeni iqtisadi qolu sahibkarlıq mühitini daha da yaxşılaşdıracaq" - ŞƏRH

Rusiyalı ekspert: "Azərbaycan hökumətinin yeni iqtisadi qolu sahibkarlıq mühitini daha da yaxşılaşdıracaq" - ŞƏRH “Azərbaycanda həm vaxt, müddət baxımından, həm də dəyişikliklərlə əhatə olunan məmur dairəsi baxımından əsaslı islahatlar gedir”.
Analitika
25 Oktyabr , 2019 14:36
Rusiyalı ekspert: Azərbaycan hökumətinin yeni iqtisadi qolu sahibkarlıq mühitini daha da yaxşılaşdıracaq - ŞƏRH

“Azərbaycanda həm vaxt, müddət baxımından, həm də dəyişikliklərlə əhatə olunan məmur dairəsi baxımından əsaslı islahatlar gedir”.

Bunu “Report”a Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, rusiyalı ekspert Aleksandr Karavayev bildirib.

“Hələ ötən ilin aprel ayında başlayan islahatların başlanğıc mərhələsi bir il yarım sonra Əli Əsədovun baş nazir vəzifəsinə təyin olunması, aparatın qismən dəyişdirilməsi və Baş nazir müavinlərinin əvəzlənərək yaşlıların təqaüdə yola salınması, köklü inzibati islahatlar aparılmaqla hökumətin iqtisadi qolunun ərsəyə gətirilməsi ilə başa çatıb”, – ekspert deyib. 

O, bu dəyişikliklərin bir sıra nazirliklərə şamil olunmayacağını güman edib.

“Məsələn, kənd təsərrüfatı naziri İnam Kərimova ölkə prezidenti tərəfindən nə ilin 9 ayının yekunlarına həsr olunmuş 15 oktyabr tarixli son müşavirədə, nə də ümumiyyətlə, hər hansı irad bildirilməyib. Mövcud problemlərdən xəbərdar olan prezident cari vəzifələrin yerinə yetirildiyinin fərqindədir. Nazirlik yuxarı qurumlar tərəfindən hazırlanan proqramları yerinə yetirir”, – A.Karavayev vurğulayıb.

Rusiyalı ekspert həmçinin Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinə də irad irəli sürülmədiyini, sahəvi qurum olan adıçəkilən nazirliklərin iqtisadiyyatı daha səmərəli hala gətirmək məqsədi ilə qurulmuş idarəçilik qoluna daxil olduqlarını qeyd edib.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, rusiyalı ekspert Aleksandr Karavayev: İdarəçiliyi təkmiləşdirmək məqsədi ilə Azərbaycanda o qədər də vərdiş olunmayan idarəetmə qolu yaradılıb

“Ölkə iqtisadiyyatının həcmi dəyişdiyindən qarşıdakı vəzifələr də böyüyür, həm qurumların, həm də ayrı-ayrı rəhbər şəxslərin üzərinə düşən yük də son illər xeyli artıb. İndi baş nazirin də, baş nazir müavinlərinin də, başqa rəhbər şəxslərin də gündəlik mütəmadi müşahidələrlə konkret məsələləri bilavasitə və çevik qaydada, yəni Nazirlər Kabinetinin növbəti iclasını gözləmədən araşdırıb həll etmələri üçün şərait yaradılır. Bütün bunları tənzimləmək, idarəçiliyi təkmiləşdirmək məqsədi ilə Azərbaycanda o qədər də vərdiş olunmayan idarəetmə qolu yaradılıb”, – politoloq söyləyib.

Yenilənən Nazirlər Kabinetinin vəzifələri barədə danışan rusiyalı ekspert, ilk növbədə, daxili və xarici sərmayələri cəlb etmək üçün ölkədə sahibkarlıq mühitinin daha da liberallaşdırılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırıb: “Bununla yanaşı, görünür, büdcənin mədaxilini artırmaq üçün vergitutma mexanizmini də təkmilləşdirəcəklər. Əslində, burada hələ boşluqlar var, odur ki, müəyyən mənada cərrah işinə ehtiyac var”,- ekspert diqqətə çatdırıb.

Onun fikrincə, Azərbaycanla başqa ölkələr, daha çox da Rusiya arasında ixracat yönümlü birgə müəssisələrin yaradılacağını, o cümlədən Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayəsinə əsasən bu cür ixracat yönümlü birgə müəssisələrin üçüncü ölkələrdə də yaradılıb fəaliyyət göstərəcəyini irəli sürüb.

İnfrastruktur layihələr məsələsinə toxunan rusiyalı politoloq ölkənin inkişafına dair yol xəritələrində daha əvvəl təsbit olunan ümumölkə, şəhərlərarası, rayondaxili kənd əhəmiyyətli yollara dair layihələr ölkə boyu nəqliyyat şəbəkəsinin daha da inkişafı baxımından davam etdiriləcəyini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi