Rusiyalı ekspert: "Azərbaycan ermənilərin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb" - RƏY

Rusiyalı ekspert: "Azərbaycan ermənilərin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb" - RƏY Oleq Kuznetsov: "Cəbhə xəttində gərginliyin artması əlverişli geosiyasi şəraitlə bağlı idi"
Analitika
3 Aprel , 2016 18:25
Rusiyalı ekspert: Azərbaycan ermənilərin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb - RƏY

Bakı. 3 aprel. REPORT.AZ/ "Yaxın zamanda Dağlıq Qarabağ regionunda "nə sülh, nə də müharibə" vəziyyəti davam edəcək. Müəyyən dövr üçün vəziyyətin sabitləşməsi baxımından şərait göz önündədir".

Bunu "Report"a müsahibəsində rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Cəbhə xəttində gərginliyin artması əlverişli geosiyasi şəraitlə bağlı idi. Azərbaycan və Ermənistan prezidentləri Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona getmişdi", - deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatlarına cavab olaraq qəfil hücumla düşmənin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb.

Ekspert aprelin 2-də baş vermiş hərbi qarşıdurmanın heç bir siyasi və ya diplomatik nəticələrinin olmayacağını vurğulayıb. Onun fikrincə, baş verənlər ordu generellarının təşəbbüsü kimi qələmə veriləcək və bu, hamını - həm Ermənistanı, həm Azərbaycanı, həm ATƏT-in Minsk qrupunu, həm AŞPA-nı, həm Moskvanı, həm də Tehranı razı salır.

Politoloq son hərbi əməliyyatın Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu və onun Dağlıq Qarabağın işğal altındakı ərazilərində fəaliyyət göstərən korpusları üzərində öz hərbi-texniki üstünlüklərini açıq-aydın nümayiş etdirdiyini xüsusi qeyd edib.

"Azərbaycan tərəfi istehkam rayonunu ələ keçirilməsi hücumu üçün həm canlı qüvvə, həm də hərbi texnika baxımından cüzi itkilərlə istəyinə nail olub. Ola bilsin, siyasi və sırf texniki səbəblərdən Azərbaycan ordusu bu gün irimiqyaslı hücuma keçməsin və ona görə də cəbhədə yenidən sakitlik yaransın. Amma Azərbaycanın əsgər və zabitləri artıq qələbəni dadıb. Odur ki, münaqişənin kompromis şəraitində sülh yolu ilə həlli ehtimalı həm Ermənistan, həm də vasitəçilər üçün kəskin şəkildə aşağı düşür", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, yeni hərbi-siyasi reallıq yaranıb və artıq bu gün hamı onunla hesablaşmalıdır.

"Hər halda, ATƏT-in Minsk qrupu dərhal hərəkətə keçəcək. Amma onun məsləhətləri artıq Ermənistan yox, Azərbaycan tərəfdən rədd ediləcək" - , deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi