Rusiyalı ekspert: "Aprel döyüşləri Azərbaycanın təxribata çox sərt cavab verə biləcəyini göstərdi" - RƏY

Rusiyalı ekspert: "Aprel döyüşləri Azərbaycanın təxribata çox sərt cavab verə biləcəyini göstərdi" - RƏY "Müharibə düşüncəli Serj Sarqsyan Ermənistanda hakimiyyətdə olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət dəyişməyəcək"
Analitika
31 Mart , 2017 16:13
Rusiyalı ekspert: Aprel döyüşləri Azərbaycanın təxribata çox sərt cavab verə biləcəyini göstərdi - RƏY

Bakı. 31 mart. REPORT.AZ/ "Müharibə düşüncəli Serj Sarqsyan Ermənistanda hakimiyyətdə olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət dəyişməyəcək".

Bunu "Report"a açıqlamasında rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin nəticələri və onun həll prosesinə təsirini şərh edərkən deyib.

"Aprel döyüşləri Azərbaycanın təxribata çox sərt cavab verə biləcəyini və öz maraqlarını qoruyacağını göstərdi" - Y.Mixaylov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində ümumilikdə xüsusi siyasi nailiyyət əldə olunmayıb: "Qeyd ediləsi yeganə məqam Azərbaycanın Ermənistanla dialoqa cəhd göstərməsi və həlli uzadılmış münaqişənin diplomatik üsulla, sülh yolu ilə nizamlanmasına çalışmasıdır. Bunun qarşılığında isə heç nə görmürük."

O, Ermənistan prezidenti Serj Sarqsyanın artan hərbi ritorikasının onun hakimiyyətdə olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətin dəyişməyəcəyini düşünməyə əsas verdiyini vurğulayıb.

"Digər tərəfdən, fikrimcə, Sarqsyan son vaxtlar ciddi siyasi səhvlər edir. O, hakimiyyətini itirəcəyindən qorxduğundan ölkəsindəki seçkilər ərəfəsində rejiminə dəstək axtarışına çıxıb. Onun Avropa İttifaqı ilə razılaşması, NATO ilə dostluq etmək cəhdləri - bütün bu addımları əsas müttəfiq olan Rusiyanın bostanına daş atmaq deməkdir" - hərbi ekspert bildirib.

E.Mixaylov yaxın gələcəkdə Serj Sarqsyanın hər şeydən məhrum ola biləcəyini, belə olan halda Ermənistan-Azərbaycan münaqişəsinin real həllinə inam yaranacağını güman edir: "Yeni siyasətçilər gələcək və onlar yəqin ki, dəyişən dünya həqiqətlərinə daha real yanaşacaqlar."

Son xəbərlər

Orphus sistemi