“Report”: Qızılın qiymətinin azalması ehtimalı artması ehtimalından çoxdur - ANALİTİKA

“Report”: Qızılın qiymətinin azalması ehtimalı artması ehtimalından çoxdur - ANALİTİKA ABŞ-Çin ticarət müharibəsi qiymətli metalı bahalaşdıra bilmir
Analitika
20 İyul , 2018 15:13
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Son vaxtlar yaranmış geosiyasi qeyri-müəyənliklər və ABŞ-Çin ticarət müharibəsi dünya bazarında qızılı daha təhlükəsiz investisiya aləti kimi bahalaşdırmalı olsa da, əks proses baş verir.

“Report”un analitik qrupu hesab edir ki, bu, bir tərəfdən ABŞ-ın iqtisadi bazasının güclü olması, bu ölkənin milli valyutasının bahalaşması fonunda dollarla investisiyaların gəlirliliyinin artması ilə bağlıdır.

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) bu ilin sonuna qədər bir neçə dəfə uçot dərəcəsini artıracağı gözlənilir. Bu isə dolların bahalaşmaqda davam edəcəyi deməkdir. Son nəticədə investorlar qızıla yönəlməkdə maraqlı görünmürlər.

Digər tərəfdən, ABŞ-la ticarət müharibəsindən əziyyət çəkən Çinin qızıla tələbatı azalmaqdadır. Ötən il qiymətli metalın ən böyük alıcısı olan Çinin bu il nisbətən az qızıl alacağı gözlənilir. Son nəticədə qızılın qiymətinin azalması ehtimalı artması ehtimalından çoxdur.

Hazırda əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 1 220 dollar ətrafındadır. Həm tələbatın azalması, həm də psixoloji amillər yaxın günlərdə qiyməti 1 200 dollardan aşağı sala, 1 180-1 190 dollara endirə bilər.

Son xəbərlər

Orphus sistemi