Yuxarı
    Bağlamaq

    "Report": Qızılı kəskin ucuzlaşma gözləyir

    Qızılın qiyməti yaxın 2-4 ildə 700 dollar/unsiyaya qədər geriləyə bilər

    Bakı. 12 dekabr. REPORT.AZ/ Dünya bazarında yaxın perspektivdə qızılın kəskin ucuzlaşması gözlənilir. "Report"un analitik qrupu bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) qarşıdakı iki gündə, dekabrın 13-14-də keçirəcəyi iclasda uçot dərəcəsinin artırılacağına maliyyə bazarları tam əmindir. 

    Bununla yanaşı,  FES-in ümumiyyətlə uçot dərəcəsini 2017-ci ildə daha sürətlə artıracağı gözlənilir. Nəticədə, qızıla tələbatın azalması, ABŞ dövlət qiymətli kağızlarına marağın artması qaçılmazdır. Bundan başqa, dünyanın iki əsas qızıl istehlakçısı olan Çin və Hindistanda qızılın alışı və saxlanılmasına qoyulan məhdudiyyətlər bu dəyərli metalın qiymətinin düşməsinə səbəb olacaq. 

    "Report"un analitik qrupu qısa müddət ərzində qızılın 1 000-1 050 dollar/unsiya, 2018-2020-ci illərdə isə 700 dollar/usiyaya qədər ucuzlaşcağını proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi