“Report”: OPEC-in yaxın 22 il üçün açıqladığı proqnoz neftin bahalaşmasında rol oynayır - ANALİTİKA

“Report”: OPEC-in yaxın 22 il üçün açıqladığı proqnoz neftin bahalaşmasında rol oynayır - ANALİTİKA “Qara qızıl”ın qiymətinin artması təkcə tələbatla bağlı deyil
Analitika
28 Sentyabr , 2018 15:41
“Report”: OPEC-in yaxın 22 il üçün açıqladığı proqnoz neftin bahalaşmasında rol oynayır - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dünya bazarında “Brent” markalı neftin qiyməti son ay yarım ərzində, təxminən, 12 ABŞ dolları və yaxud 17% artaraq 70 dollardan 82 dollara yüksəlib. Qiymətin 80 dolları keçməsi son 3-4 günə təsadüf edib.

“Report”un analitik qrupu bildirir ki, bahalaşma neftə tələbatın artması ilə yanaşı, digər dolayı amillərlə də bağlıdır. Onlardan biri Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ötən həftə Əlcəzairdə keçirilmiş toplantısında qurumun açıqladığı proqnozdur.

Təşkilatın baş katibi Mohammad Sanusi Barkindo bildirib ki, bu ilin sonundan başlayaraq bütün növ enerji daşıyıcılarına tələbat artacaq. Bu baxımdan, neft xüsusi əhəmiyyət kəsb edəcək. 2040-cı ilə qədər “qara qızıl”a gündəlik tələbat indiki 32 mln. bareldən 112 mln. barelə yüksələcək ki, bunun da 95%-ni inkişaf etməkdə olan ölkələr təmin edəcək.

Hesablamalara görə, neftə artacaq tələbatın ödənilməsi üçün 11 trln. dollar məbləğində investisiya qoyuluşuna ehtiyac olacaq. Rəqəmin böyük olması bazar iştirakçılarında belə bir fikir formalaşdırır ki, tələb və təklif arasında balansı qorumaq elə də asan olmayacaq. Yəni neft istehsalçıları (həm də ixracatçıları) bu biznesə lazımi qədər pul qoymaq iqtidarında olmaya da bilərlər. Bu isə neftin bahalaşmasını stimullaşdırır.

“Report”un analitik qrupu hesab edir ki, ilin sonuna qədər neftin 1 barelinin qiyməti 100 dollara çata, hətta bu həddi keçə də bilər. Bununla belə, qiymətin formalaşmasında OPEC-in bu il noyabrın 11-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək növbəti iclasının nəticəsi də rol oynayacaq. 

Son xəbərlər

Orphus sistemi