"Report": FED rəhbərliyinə 5 namizədin dollara təsiri fərqli olacaq

"Report": FED rəhbərliyinə 5 namizədin dollara təsiri fərqli olacaq Noyabrın 3-ə qədər FED-in yeni rəhbərinin adı açıqlanacaq
Analitika
790
18 Oktyabr , 2017 11:36
Report: FED rəhbərliyinə 5 namizədin dollara təsiri fərqli olacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (FED) rəhbərliyinə 5 namizəddən birini seçəcəyini bildirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, bu barədə D.Tramp mətbuat konfransında açıqlama verib.

"Açığını desəm, namizədlərin hamısını sevirəm. Hamısına böyük hörmətim var", - Prezident bildirib. FED rəhbərliyinə namizədlər arasında FED İdarə Heyətinin keçmiş üzvlərindən biri olan Kevin Uorş (Kevin Warsh), Stanford Universitetinin iqtisadçısı Con Teylor (John Taylor), FED-in üzvü Cerom Pauel (Jerome Powell), Dövlət İqtisadi Şurasının direktoru Qari Kon (Gary Cohn) və FED-in hazırkı rəhbəri Canet Yellen (Jannet Yellen) var.

"Bloomberg"in əldə etdiyi məlumata görə, D.Tramp noyabrın 3-də Asiya və Havay adalarına səyahətindən əvvəl yeni FED rəhbərinin adını açıqlayacaq.

"Report"un analitik qrupu xəbər verir ki, FED rəhbərinin kimliyindən asılı olaraq dolların məzənnəsində dəyişiklik gözlənilir. Əgər Teylor və Uorş seçilərsə, dollar kəskin möhkəmlənəcək. Çünki, bu iki namizəd sərt monetar siyasət tərəfdarı və monetar ekspansiyaya qarşı çıxan insanlar kimi tanınır. Pauel və Konun seçilməsi dolların yumşaq zəifləməsinə səbəb olacaq. Belə ki, bu iki namizəd ABŞ iqtisadiyyatının hələ tam güclənmədiyini bildirir. Yellenin vəzifəsini davam etdirməsi durumunda isə məzənnədə ciddi dəyişiklik gözlənilmir. 

Son xəbərlər

Orphus sistemi