Yuxarı

"Report": FED mayda uçot dərəcəsini artıra bilər - ANALİTİKA

"Report": FED mayda uçot dərəcəsini artıra bilər - ANALİTİKA
Bu il faizlər 2 dəfə 0,25% və bir dəfə  0,5%, yəni ümumilikdə 1% artırılacaq

Bakı. 29 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il mayın 1-2-də keçiriləcək növbəti iclasında uçot dərəcəsi artırıla bilər. 

"Report"un analitik qrupu bildirir ki, bu, əsasən aprelin 11-də açıqlanacaq mart ayı üzrə inflyasiya göstəricisindən asılı olacaq. 

Qeyd edək ki, fevral ayında ABŞ-da baza inflyasiya göstəricisinin aylıq artımı 0,2%, illik artımı isə 1,8% təşkil edib. Bu göstərici qida və enerji qiymətlərini özündə əks etdirmir və daha obyektiv hesab olunur. Əgər mart ayı baza inflyasiya göstəricisi aylıq müqayisədə 0,2%-dən çox, illik müqayisədə isə 1,8%-dən çox olsa, o zaman FED-in mayda uçot dərəcəsini yenidən artıracağı proqnozlaşdırıla bilər.

Analitik qrup hesab edir ki, ABŞ-da baza inflyasiya göstəricisinin illik artımı 2%-i ötməyəcək və uçot dərəcəsi 2 qat, yəni 0,5% artırılacaq. Bu, böyük ehtimalla yay aylarından sonra, mövsümi amillər aradan qalxdıqdan sonra reallaşacaq. FED-in bu il gözlənilən 6 monetar siyasət iclasında uçot dərəcəsi 2 dəfə 0,25% və bir dəfə 0,5% artırıla bilər. May və sentyabr aylarında 0,25%, dekabr ayında isə 0,5% artım proqnozlaşdırır. 

Nəticədə, ABŞ dollarının məzənnəsi ilin sonuna doğru ciddi arta bilər. USD/EUR nisbətinin bu ilin sonunda 1,15-ə, 2019-cu ildə isə daha da aşağı düşməsi gözlənilir. Gələn il FED-in uçot dərəcəsini daha 0,75-1,25% artırması gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi