“Report”: FED budəfəki iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıra bilər - ANALİTİKA

“Report”: FED budəfəki iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıra bilər - ANALİTİKA Bu gün və sabah qurumun növbəti iclası keçiriləcək
Analitika
12 İyun , 2018 09:44
“Report”: FED budəfəki iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıra bilər - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün və sabah ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda uçot dərəcəsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, qurumun mayın 1-2-də keçirilmiş iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilmişdi. İqtisadçılar bu dəfəki iclasda faizlərin cüzi artırılacağını proqnozlaşdırırlar.

Məsələn, ABŞ-ın “Morgan Stanley” bank holdinqinin rəhbər iqtisadçısı Ellen Zentner bildirib ki, FED uçot dərəcəsi baxımından demək olar, yaxşı nöqtədədir və uçot dərəcəsinə kiçik düzəlik edəcək. Onun fikrincə, ABŞ-da inflyasiyanın səviyyəsi ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur.

“Report”un analitik qrupu da hesab edir ki, iclasda uçot dərəcəsi cüzi, təxminən, 0,25 faiz bəndi artırılaraq 1,75-2%-ə çatdırıla bilər. Bu, baş versə ABŞ dolları dünyada, o cümlədən qonşu Türkiyədə bahalaşacaq və investorların inkişaf etdəkdə olan ölkələrin bazarından ABŞ bazarına axını bir qədər də güclənəcək.

Bununla belə, FED-un uçot dərəcəsini hələlik, sabit saxlayacağı da istisna deyil. Qurumun ehtiyatlı mövqe nümayiş etdirməsi investorları qeyri-müəyyən risklər fonunda ehtiyatlandıra və qlobal maliyyə bazarlarında Amerika valyutasını ucuzlaşdıra bilər. 

Son xəbərlər

Orphus sistemi