"Report": Donald Trampın son qərarının ağır nəticələri ola bilər

"Report": Donald Trampın son qərarının ağır nəticələri ola bilər ABŞ prezidenti polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb
Analitika
350
9 Mart , 2018 11:13
Report: Donald Trampın son qərarının ağır nəticələri ola bilər

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, qərarın 15 gündən sonra qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, D.Tramp açıqlamasında son qərarla 170 min iş yerinin qorunacağını bildirib. Baxmayaraq ki, eks-prezident Corc Buşun dövründə verilən analoji qərar iqtisadiyyatın digər sahələrində 200 min iş yerinin itirilməsi ilə nəticələnib. Rüsumların artırılmasının Çindən çox Kanadaya təsir edəcəyi deyilir. Belə ki, polad idxalında Çin 2%, Kanada isə 16% xüsusi çəkiyə sahibdir. Həmçinin rüsumlar "Ford" və "General Motors" kimi nəhəng avtomobil şirkətlərinin xərclərinin artmasına gətirib çıxaracaq. Analitiklər bu 2 şirkətin ildə 500 mln. dollar itirəcəyini proqnozlaşdırıblar.

Xatırladaq ki, Avropa İttifaqı rəsmiləri ABŞ-a qarşı adekvat addım ataraq cins şalvar, burbon və motosikletə əlavə gömrük rüsumu tətbiq edilə biləcəyini bildiriblər. Belə olduğu halda, ABŞ 190 min iş yeri ilə vidalaşmalı olacaq. Həmçinin mövcud qərar bəzi xarici dövlətlərin ABŞ-ın dövlət istiqrazlarını almaqdan imtina etməsinə səbəb ola bilər ki, nəticədə faizlər kəskin yüksələr. 

Orphus sistemi