“Report”: Bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara bərabər ola bilər - ANALİTİKA

“Report”: Bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara bərabər ola bilər - ANALİTİKA ECB sabit saxlamaqda, FED uçot dərəcəsini artırmaqda davam edir
Analitika
1463
26 Oktyabr , 2018 14:47
“Report”: Bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara bərabər ola bilər - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) ötən gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi gözlənildiyi kimi, dəyişdirilmədi və 0% səviyyəsində saxlanıldı. Qurum həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqlədi.

“Report”un analitik qrupu bildirir ki, ECB 2019-ci ilin yayından sonra uçot dərəcəsini sabit saxlamağı, inflyasiya ilə bağlı müəyyən edilmiş minimal həddi təmin etmək üçün ortamüddətli dövrdə faiz dərəcəsini 2%-ə çatdıracağı gözlənilir. 

Bununla belə, hələ ki, Avropada faizlər sabitdir. ECB-dən fərqli olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmaqda davam edir. Xatırladaq ki, qurumun Açıq Bazar Əməliyyatları Komitəsinin sentyabrın 25-26-da keçirilmiş iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib. Bu ilin dekabr ayında növbəti faiz artımının baş tutacağı bildirilir.

“Report”un analitik qrupu hesab edir ki, ECB-nin faizləri sabit saxlaması, FED-in isə artırması fonunda bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara qədər ucuzlaşa bilər. 

Xatırladaq ki, USD/EUR nisbəti 2018-ci ilə 1,2 səviyyəsi ilə başlayıb. İl ərzində bu nisbət 1,25-ə qədər artsa da, hazırda 1,13-1,14 civarındadır.

Son xəbərlər

Orphus sistemi