Yuxarı
    Bağlamaq

    “Report”: Bitkoin 5 min dollara qədər ucuzlaşa bilər - ANALİTİKA

    Onun dövriyyədəki sayı artırılıb

    Bakı. 16 noyabr. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti 24 saat bundan əvvəllə müqayisədə 1-2% çox - 5 600 ABŞ dolları civarında olsa da, ümumi tendensiya onun dəyərdən düşməsi istiqamətindədir.

    “Report”un analitik qrupu xatırladır ki, ötən gün ərzində rəqəmsal pulun dəyəri ötən il oktyabrın 18-dən bəri minimal həddə - 5 300 dollardan bir qədər çox olub.

    Ucuzlaşma tempi isə bu il martın 30-da qeydə alınmış rekordu (11,5%) üstələyib.

    “Report”un analitik qrupu hesab edir ki, bu ayın sonuna qədər bitkoin 5 min dollara qədər ucuzlaşa bilər. Qiymətlərin azalmasını bir neçə amil, o cümlədən maliyyə bazarında ABŞ dollarının bahalaşması şərtləndirir. Bundan başqa, dövriyyədə olan bitkoinlərin sayının artırılması da bu kriptovalyutanın dəyərini təbii olaraq azaldır. Xatırladaq ki, bu günlərdə blokçeyn zəncirinə 556 768 ədəd həcmində daha 2 blok qoşulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi