Proqnoz: Bu il dolları kəskin bahalaşma gözləmir

Proqnoz: Bu il dolları kəskin bahalaşma gözləmir Avro/dollar məzənnəsinin paritetə çatması gözləntoləri isə ertlənə bilər
Analitika
6 Fevral , 2017 16:22
Proqnoz: Bu il dolları kəskin bahalaşma gözləmir

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FRS) tərəfindən 2017-ci ildə üç dəfə uçot dərəcəsinin artırılması ehtimallarına baxmayaraq, dolların məzənnəsinin kəskin artması gözlənilmir. "Report"un analitik qrupu xəbər verir ki, FRS-in növbəti faiz artımı qərarı artıq mart ayında baş tuta bilər. Belə ki, ABŞ-ın yeni prezidentinin qəbul etdiyi qərarlar artıq bəhrəsini verməyə başlayıb. Dünyanın öndə gələn şirkətləri istehsallarının ABŞ-a köçürməyə, ABŞ-ın iri bankları vergi endirimlərinin həyata keçməsi səbəbindən kapitallarını ABŞ-a qaytarmağa başlayıb. Nəticədə, D.Trampın prezidentliyi dövründə açıqlanan ilk əmək bazarı göstəricisi gözləntiləri 50%-ə yaxın üstələyərək 227 min nəfər olub.

FRS-in mart ayının 14-15-də keçirəcəyi iclasa qədər ABŞ-da yeni iş yerlərinin sayının artacağı, inflyasiyanın sürətlənəcəyi gözlənilir. Bu da öz növbəsində faizlərin artırılmasını zəruri edəcək. Amma, Tramp administrasiyası dolların kəskin möhkəmlənməsinə qarşı olduğunu dəfələrlə təkrarlayıb. Ona görə də, faizlərin artırılması ilə bağlı qərar alınsa belə, bu, əsas valyuta cütlüyü - avro/dollar məzənnəsinin 1,04 USD/EUR-a qədər azalmasına səbəb olacaq. Məzənnə dəhlizinin üst həddi isə 1,10 USD/EUR-a qədər yüksələ bilər. Dolların möhkəmlənməsi və avro ilə paritetə çatması isə yaxın bir il üçün ertələnmiş görünür.

Son xəbərlər

Orphus sistemi