Yuxarı
    Bağlamaq

    Bazar iştirakçıları İsveçrə frankının tarazlığını bərpa edəcək - PROQNOZ

    Saxo Bank: İsveçrə Milli Bankının qərarı valyuta bazarı iştirakçıları üçün gözlənilməz olub

    Bakı. 19 yanvar. REPORT.AZ/ İsveçrə Milli Bankının frankın məzənnəsinin yuxarı həddinin ləğvi ilə bağlı qərarı beynəlxalq valyuta bazarının iştirakçıları üçün gözlənilməz olub. Bu qərar yekunda bazar iştirakçılarının güc tətbiqinə, nəticədə İsveçrə frankının zəifləməsinə və əvvəlki bazar tarazlığının bərpasına gətirib çıxaracaq. Bu barədə "Report"a "Saxo Bank"ın maliyyə direktou Stin Blaafalk (Steen Blaafalk) məlumat verib.

    "İsveçrə Milli Bankının qərarına təəccübləndik. Sentyabr proqnozlarımıza baxmayaraq, belə sürətli azalmanı gözləmirdik. Buna baxmayaraq, son aylarda Avropa Mərkəzi Bankının pul-kredit siyasəti, geosiyasi risklər və siyasi iradə zəifliyi bu hadisənin gözləntisini artırdı", - S.Blaafalk qeyd edib.

    Maliyyə direktorunun fikrincə, bu, əsas valyuta üzrə indiyədək qəbul olunan ən böyük addımdır, həmin vaxt bazarda ciddi likvidlik çatışmazılığı müşahidə olunub: "Müştərilər üçün obyektiv bazar icmalının hazırlanması üzərində ciddi işləyirik və onlarla yaxın əməkdaşlıq sayəsində problemlərini həll etməyə çalışırıq".

    Ekspert vurğulayıb ki, artıq bu gün səhər bir sıra brokerlərin müştəriləri öz hesablarını "Saxo Bank"ın idarəetməsinə verib: "Bunu bizim fəaliyyətimizə və əməliyyatlarımıza olan etimad kimi qəbul edirik. Bundan başqa, bu bizim fəaliyyətin möhkəmlənməsi də daxil olmaqla uzunmüddətli effektin əldə olunması üçün atılan addım kimi qiymətləndirilə bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi