Yuxarı
    Bağlamaq

    Proqnoz: Avronun dollara qarşı bahalaşması davam edəcək

    Report: Məzənnə 1,22 USD/EUR səviyyəsinə kimi yüksələ bilər

    Bakı. 3 may. REPORT.AZ/ Dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsi zəifləyərək 1,16 USD/EUR səviyyəsini keçib. "Report" xəbər verir ki, bu, 2015-ci il avqustun 25-dən etibarən dollar üçün ən aşağı səviyyədir. Qeyd edək ki, ötən ilin avqustun 25-də dolların məzənnəsi 1,1625 USD/EUR olub. Son maliyyə böhranı zamanı isə bu cütlüyün minimal məzənnəsi 1,0456 USD/EUR olub (2015-ci il martın 16-da). Nəticədə, minimal məzənnə ilə müqayisədə dollar 11% zəifləyib.

    Dolların zəifləməsinin əsas səbəbi kimi ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq qərarının ertələnməsi qəbul olunur. "Report"un analitik qrupunun daha öncə də proqnozlaşdırdığı kimi, böyük ehtimalla FES-in uçot dərəcəsini bu il artıracağı gözlənilmir. Məhz bu gözləntinin tədricən reallığa çevrilməsi valyuta bazarında dolların mövqeyinin zəifləməsinə gətirib çıxarıb. 

    Bununla yanaşı, ABŞ-da iqtisadi artım tempinin 2016-cı ilin ilk rübündə 0,5% olması ölkə iqtisadiyyatının gələcəyi barədə optimist fikirləri azaldıb. Bu da öz növbəsində FES-in uçot dərəcəsini artırmasını təxirə salacağı ilə bağlı ehtimalları gücləndirir. "Report"un analitikləri hesab edirlər ki, FES 2017-ci ildə hətta uçot dərəcəsini azalda bilər. Bu halda avronun dollara qarşı 1,22 USD/EUR səviyyəsinə qədər bahalaşması mümkündür.

    Hazırda dolların zəifləməsinə səbəb məhz valyuta spekulyatorlarının FES-in uçot dərəcəsini azaldacağını düşünməsidir. Əslində, Avropa İttifaqında uçot dərəcəsi 0%, depozit üzrə faizlər isə -0,4% təşkil edir. Yaponiyada isə uçot dərəcəsi -0,1%-dək azaldılıb. Lakin ABŞ-da uçot dərəcəsinin 0,5% səviyyəsində olmasına baxmayaraq, dolların ucuzlaşması məhz yaxın 1 il ərzində FES-in də uçot dərəcəsini azalda biləcəyi ilə bağlıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi