Prezidentə məktublar - öz liderinə inam və dəstəyin göstəricisi - ŞƏRH

Prezidentə məktublar - öz liderinə inam və dəstəyin göstəricisi - ŞƏRH Dünya - insan cəmiyyəti bu gün hər mənada sınaqdan çıxır. İnsanlıq heç zaman müharibənin, səfalətin və pis əməllərin tərəfdarı olmayıb. İnsanlar arasında həmişə yaxşı işlər, əməllər üstünlük təşkil edib. Pisliklər isə üzdə olduqlarından tez görünürlər. Ona görə də elə zənn edilir ki, bu əməlin daşıyıcıları da çoxdur. Başqa sözlə, yaxşılıqlar alt qatdadır. Lap elə savab işlər kimi görünməzlər.
Analitika
17 Aprel , 2020 14:09
Prezidentə məktublar - öz liderinə inam və dəstəyin göstəricisi - ŞƏRH

Dünya - insan cəmiyyəti bu gün hər mənada sınaqdan çıxır. İnsanlıq heç zaman müharibənin, səfalətin və pis əməllərin tərəfdarı olmayıb. İnsanlar arasında həmişə yaxşı işlər, əməllər üstünlük təşkil edib. Pisliklər isə üzdə olduqlarından tez görünürlər. Ona görə də elə zənn edilir ki, bu əməlin daşıyıcıları da çoxdur. Başqa sözlə, yaxşılıqlar alt qatdadır. Lap elə savab işlər kimi görünməzlər.

Dünya yaxşılar və yaxşılıqlar üzərində bərqərar olub. Zamanı çatanda onlar üzə çıxır. Bu gün dünyanın həmin o içüzü görünür. Atalar demiş: “Elin gözü tərəzidir”. Kimin kim olduğu el gözündə daha yaxşı görünür. Kimin nə deməsi və necə qiymətləndirməsi bu tərəzini poza bilməz.

Dünyanı bürüyən koronavirus bəlası sanki insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq imtahan verir. Heç şübhəsiz bu xəstəliyə qarşı mübarizəni ilk növbədə dövlət başçılar təşkil edirlər. Bu bəla onların öz vətəndaşlarına münasibətini də ortaya qoydu.

Azərbaycan koronavirusun ocaqlarından biri sayılan İranla həmsərhəddir. Hər iki tərəfdəki sərhədyanı bölgələrin insanları daha çox gediş-gəliş edirlər. Bu baxımdan virusun Azərbaycan əhalisi arasında daha çox yayılacağı ehtimal edilirdi.

Ancaq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin pandemiyadan qorunması üçün atdıqları addımlar, həyata keçirdikləri siyasət, etdikləri müraciətlər koronavirusun Azərbaycanda yayılmasının qarşısını aldı.

Heç şübhəsiz Prezidentin gördüyü işlər Azərbaycan əhalisi tərəfindən də yüksək qiymətləndirilir, alqışlanır və dəstəklənir. Bu vətədaşların dövlət başçısı İlham Əliyevə ünvanlanan məktublardan da görünür. Prezidentə yazılan müraciətlərdə aşağıda sadalayacağımız fikirlər daha çox vurğulanır:

- Prezidentin yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyi dəstək;

- Dövlət başçısına COVID-19-la mübarizə istiqamətdə fəaliyyətinə görə təşəkkürlər;

- İlham Əliyevin gördüyü işlərin səmərə verməsi;

- apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilməməsi, ortaya çıxan hər bir çətinliyin vaxtında aradan qaldırılması;

- regionlarda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi;

- Prezidentə inamın ifadə edilməsi;

- dövlət başçısının koronavirusa qarşı Azərbaycan vətəndaşlarını səfərbər edə bilməsi;

- vətəndaşların Prezidenti bundan sonra da dəstəkləyəcəkləri;

- Prezidentin imzaladığı proqramlarının, fərman və sərəncamların icrasının insanların rifahının yaxşılaşdırılmmasına, işsizliyin aradan qaldırılmasına xidmət etməsi;

- İlham Əliyevin nümunəvi vətənsevər olması;

- dövlət başçısının tibb işçilərinin qayğısına qalması və onların əməyini qiymətləndirməsi;

- Prezidentin pandemiyaya qarşı mübarizədə tədbirli davranması;

- əhalinin zərərçəkən və aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan güzəştlərdən razılıq;

- Prezidentin tapşırıqlarının hazırkı çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırcağına əminlik;

- koronavirusa qarşı mübarizəyə, Azərbaycan xalqının problemlərinə həssas yanaşılması, onun həll edilməsi;

- dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini gerçəkləşdirməsi;

- koronavirusa qarşı mübarizədə Prezidentlə həmrəyliyin nümayiş etdirilməsi;

- “Evdə qal” şəraitində yaşayan imkansızlara yardımların olunması;

- dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlanılması.

Prezidentə və Birinci vitse-prezidentə ünvanlanan çoxsaylı müraciət və məktublar da bu kimi səmimi fikirlər, hisslər bildirilib. Bu, Azərbaycan vətəndaşlarının öz liderinə inamının, güvənin və dəstəyinin göstəricisidir.

Bunları təsdiqləyən bəzi məqamları yada salmaq istərdik. Hər kəs bilir ki, koronavirusa qarşı mübarizədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nümunəvi addımlar atdılar. İnfeksiyaya qarşı mübarizə aparmaq üçün bir çox dövlətlərin indi etdiklərini Azərbaycan bir ay əvvəl reallaşdırıb. Martın 19-a Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Elə həmin gün Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Bundan başqa, İlham Əliyev birillik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Mehriban xanım Əliyeva da bu addımı atıb. Onların bu davranışı cəmiyyətdə nümunəyə çevrildi. Hazırda ölkədə imkanı olanlar aztəminatlı ailələrə yardım edirlər.

Martın 24-dən Azərbaycan üzrə xüsusi karantin rejiminin elan edilməsi də İlham Əliyevnin koronavirusa qarşı mübarizədə atdığı uğurlu addımlardandır.

Həmin qərarda Azərbaycan əhalisinin sağlamlığı əsas götürülür: “Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsus karantin rejimi elan edilir”.

Prezident İlham Əliyev pandemiyaya qarşı qlobal mübarizəyə yardım edir. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Sammitdə pandemiyaya qarşı birgə mübarizə, qarşılıqlı yardımların olunmasına dair razılıqlar əldə edilib.

Azərbaycanda virusa ilk yoluxma hadisəsi fevralın 28-də qeydə alınıb. Həmin gündən ona qarşı mübarizə aparılıb. İnfeksiyanın yayıla biləcəyi əsas yerlərdən biri ümumtəhsil müəssisələri, ali təhsil olacaqlarıdır. Ona görə ilk növbədə mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Ölkə ərazisində keçirilməsi nəzərdə tutulan bütün kütləvi tədbirlər təxirə salınıb, yaxud ləğv edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Koronavirusa yoluxan Azərbaycan vətəndaşlarına qayğı göstərilərək ilk pasiyent olaraq bu tibb ocağına yerləşdiriliblər.

Dövlət başçısı açılış mərasimdəki çıxışında deyib: “Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək. Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir”.

Sahibkarlara maliyyə yardımının olunması və yaşı 65-dən yuxarı məhbusların azad edilməsi, virusa yoluxan pasiyentləri müalicə edən tibb işçilərinin əmək haqlarının artırılması da dövlət başçısının qayğısı, iqtisadiyyatın tənəzzüldən qorunması üçün atdığı addımlardandır.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev başda olmaqla komandası koronavirusa qarşı mübarizəni ardıcıl şəkildə həyata keçirir. Bu dövlət başçısının öz vətəndaşlarına sayğının göstəricisidir.

Yaranmış vəziyyət üçün belə deyiblər: “Yaman günün ömrü az olar”. Bir də hər “gəl-gəl” deyən çörək verən olmaz. Odur ki, qiymət həmişə əmələ, görülən işə verilir. Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə çoxsaylı təşəkkür və dəstək məktubları göndərməklə, dövlət başçısının bu ağır günlərdə həyata keçirdiyi siyasəti, gördüyü işləri yüksək qiymətləndirdiklərini nümayiş etdirirlər.   

Son xəbərlər

Orphus sistemi