Yuxarı

Politoloq: "Ermənilərin bəzi dairələri üçün "soyqırım" şəxsi biznesdir" - ŞƏRH

Ermənilər XX əsrin 60-cı illərindən başlayaraq müntəzəm və ardıcıl şəkildə qondarma erməni soyqırım məsələsinin qabardılması ilə məşğuldur

Bakı. 24 aprel. REPORT.AZ/ "Soyqırım"ın tanınması məsələsində müəyyən nailiyyətlərin olmasına baxmayaraq, ermənilər bu istiqamətdə beynəlxalq miqyaslı uğur əldə edə bilməyiblər. Bu barədə "Report"a azərbaycanlı politoloq Əli Hacızadə aprelin 24-də Yeravanda qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunan tədbirlərin keçirilməsini şərh edərkən bildirib. 

Onun fikrincə, ermənilər XX əsrin 60-cı illərindən başlayaraq müntəzəm və ardıcıl şəkildə qondarma "erməni soyqırımı" məsələsinin "qabardılması" və qondarma "erməni soyqırımının" tədqiqi ilə məşğuldur: "1990-cı illərin sonlarında bütün zəruri infrastruktur artıq yaradıldı. İndi bizim müşahidə etdiklərimiz əslində o zaman yaradılan həmin infrastrukturun fəaliyyətinin nəticələri və məhsullarıdır". 

Ekspert bildirib ki, ermənilər bu kimi üsullarla "xeyli uğur" əldə edə biliblər. Politoloq əlavə edib ki, söhbət ermənilərin istədiyi kimi genişmiqyaslı və başgicəlləndirici uğurdan getmir: "Ermənilərin nailiyyətləri onların məqsədyönlü fəaliyyəti ilə deyil, Türkiyə və Azərbaycanın zəif müqaviməti və Qərbdə erməni diasporunun öz məqsədləri üçün istifadə etdiyi müəyyən türkofobiya meyilli dairələrin mövcud olması ilə bağlıdır". 

Ermənilərin aprelin 24-dəki tədbirlərin keçirilməsindən sonrakı hərəkətlərindən danışan Ə.Hacızadə bildirib ki, ermənilər fəaliyyətlərini bir neçə istiqamətə yönəldəcəklər: "Bura "erməni soyqırımı"nın tanınması ilə bağlı kampaniyaların davam etdirilməsi,"soyqırımı" tanımağa hazır olan tarixçilər, jurnalistlər və siyasi xadimlərin satın alınması, eləcə də Türkiyədən maddi kompensasiya və ərazi güzəştlərinin tələb edilməsi daxildir".

Onun sözlərinə görə, erməni tərəfi Türkiyədən heç nə ala bilməyəcək, lakin ermənilərin başqa çıxış yolu yoxdur, çünki bu tələblər "soyqırım" məsələsinin geniş şəkildə davam etdirilməsi üzrə kampaniyanın əsas məntiqi davamıdır: "Onu da bilmək vacibdir ki, ermənilər arasında müəyyən milliyətçi dairələr "soyqırım" məsələsini şəxsi biznes məqsədləri üçün istifadə edirlər. Onlar erməni diasporuna başlatdıqları işi yarımçıq qoymağa imkan verməyəcəklər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi