Yuxarı
    Bağlamaq

    Neft qiymətlərinin trendi bu gün müəyyənləşəcək

    ABŞ-da gündəlik hasilat son 6 ayda 580 min barel/gün artıb

    Bakı. 12 may. REPORT.AZ/ Son bir həftədə ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı statistika neftin ilin sonuna qədər hansı diapazonda hərəkət edəcəyini müəyyən edəcək. "Report"un analitik qrupu xəbər verir ki, adı çəkilən göstərici bu gün, mayın 12-də yerli vaxtla saat 21:00-da açıqlanacaq.

    Qeyd edək ki, OPEC və ona üzv olmayan ölkələrin Vyana sammitində hasilatın azaldılması ilə bağlı qərarından sonra 2 dəfədən də çox yüksələn neft qiymətləri ABŞ-da şist neft hasilatının 580 min barel/gün artmasına səbəb olub. Ötən il ABŞ-dakı şist neft hasilatları neftin qiymətinin 60 dollar/barel səviyyəsindən yuxarı olması durumunda mənfəətlə çıxırdılarsa, hazırda yeni texnologiyaların tətbiqi ilə bu hədd kifayət qədər aşağı düşüb. Məhz bu səbəbdən neft qiymətləri 55-60 dollar/barel diapazonunda qala bilməyərək azalmağa başlayıb. Hazırda OPEC və ona üzv olmayan ölkələr ABŞ-da hasilatın sabitləşməsi və neft quyularının artmaması üçün nefin qiymətinin optimal səviyyəsini axtarmağa başlayıb.

    "Report"un analitik qrupu bildirir ki, son bir həftə ərzində "Brent" markalı neftin qiyməti 46,6-51,2 dollar/barel diapazonunda, yəni ortalama 48,90 dollar/barel olub. Əgər bu gün ABŞ-da aktiv quyuların sayı artmağa davam edərsə, bu, cari neft qiymətlərinin onları qane etdiyini, nəticədə, qiymətlərin bir qədər də düşməsinə səbəb olacaq. Quyuların sayında önəmli dəyişiklik olmasa qiymətlər sabit, azalma olarsa bir qədər artacaq. Xatırladaq ki, ötən həftə ABŞ-da aktiv quyuların sayı 6 ədəd artaraq 703 ədəd təşkil edib. Beləliklə, quyuların sayı ardıcıl 16 həftə artım göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi