Neft hasilatının azaldılması ilə bağlı kvota artmasa qiymətlər düşəcək - ANALİTİKA

Neft hasilatının azaldılması ilə bağlı kvota artmasa qiymətlər düşəcək - ANALİTİKA Hasilat əlavə olaraq gündəlik 0,3-0,5 mln. barel azaldıla bilər
Analitika
16 May , 2017 19:29
Neft hasilatının azaldılması ilə bağlı kvota artmasa qiymətlər düşəcək - ANALİTİKA

Bakı. 16 may. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı 1,8 mln. barel/gün olan cari kvota həcmi mayın 24-25-də Vyanada keçiriləcək OPEC və ona üzv olamayan ölkələrin sammitində artırılmasa neft qiymətlərində artım olacağı gözlənilmir. 

"Report"un analitik qrupu bildirir ki, cari səviyyədə hasilatın azaldılması göstərib ki, neft qiymətlərinin maksimal səviyyəsi 55 dollar/barel ola bilər. Bu səviyyədə ABŞ şist neft hasilatçılarının gündəlik neft hasilatı ilin əvvəlindən 600 min barelə yaxın artım göstərib və bu trend davam edir. Nəticədə OPEC və ona üzv olmayan ölkələr öz bazar paylarını ABŞ-a uduzur. Qiymətlərin artması üçün və ya 50 dollar/bareldən yuxarı qalması üşün isə hasilatı daha çox azaltmağa ehtiyac var. Əks halda dünya neft ehtiyatları azalma göstərməyəcək.

ABŞ-ın "Morgan Stanley" bankının verdiyi məlumata görə, yükləmə və idxal statistikası onu göstərib ki, dünya neft ehtiyatları azalmır. Hətta OPEC-in dəniz yolu ilə satışa çıxardığı neftin həcmi ilk rübdə gündəlik 700 min barel artıb. 

"Reuters" agentliyinin yaydığı hesabatda isə bildirilir ki, hazırda 35 tankerdə 65 mln. barel neft dünyanın əsas neft nəqliyyatı marşrutlarından sayılan Malayziyanın Malakka boğazında dövr edir. Bu da onu göstərir ki, OPEC öz üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib.

ABŞ-ın "Citigroup" maliyyə korporasiyasının əmtəə bazarları araşdırma departamentinin rəhbəri Ed Mors (Ed Morse) bildirib ki, Vyana sammitində neft hasilatının azaldılması kvotasının artırılma ehtimalı 60-70%-ə yüksəlib. Onun fikrincə, hasilat daha 0,3-0,5 mln. barel/gün azaldıla bilər. 

Son xəbərlər

Orphus sistemi