Neft embarqosu və qiymət limiti: Rusiyanın ixrac gəlirləri azalacaqmı?

Neft embarqosu və qiymət limiti: Rusiyanın ixrac gəlirləri azalacaqmı? Bu ilin əvəlində Ukraynaya qarşı başlatdığı təcəvüzkar müharibədən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiya təzyiqini əhəmiyyətli dərəcədə artırdı. Şimal qonşumuz artıq 12 minə yaxın məhdudiyyət altındadır ki, onların da 75 %-i 24 fevraldan (müharibəni
Analitika
5 Dekabr , 2022 16:38
Neft embarqosu və qiymət limiti: Rusiyanın ixrac gəlirləri azalacaqmı?

Bu ilin əvəlində Ukraynaya qarşı başlatdığı təcəvüzkar müharibədən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiya təzyiqini əhəmiyyətli dərəcədə artırdı. Şimal qonşumuz artıq 12 minə yaxın məhdudiyyət altındadır ki, onların da 75 %-i 24 fevraldan (müharibənin başladığı gün) sonra tətbiq edilib. Sanksiya siyasətinin önündə Avropa İttifaqı (Aİ) gedir. Bu günə kimi Aİ Rusiyaya qarşı 8 sanksiya paketini təsdiq edib. Hələ iyunda qəbul edilən 6-cı sanksiya paketi çərçivəsində Rusiyadan dəniz yolu ilə neft alışına embarqonun qoyulması nəzərdə tutulurdu.

Embarqo bu gündən qüvvəyə minir. Rusiya “qara qızıl”ı üçün dekabrın 5-ni “qara gün” adlandırsaq yanılmarıq. Belə ki, Aİ eyni zamanda bu gündən Rusiya neftinin qiymətinə limit tətbiq edəcək. Bu hədd 60 ABŞ dolları təşkil edir. Əgər daşınan neftin qiyməti bu həddən yuxarı olsa tankerlərə texniki xidmət göstərilməyəcək. Qiymət limitini G7 ölkələri və Avstraliya da dəstəkləyib.

Nəzərə almaq lazımdır ki, Rusiyanın neft ixracının 70-85 %-i dənizlə daşınır. Bu ilin yanvar ayına kimi əsas tədarük bazarı məhz Avropa İttifaqı idi. Neftin dənizlə ixracının 85 %-i Rusiyanın payına düşürdü. Müharibədən sonra Aİ tərəfindən asıllığın azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sentyabrda həmin göstərici 25 %-in altına düşürüldü. Əsas tədarük bazarını itirən Rusiya Çin və Hindistana yönəlməli oldu. Alıcıların məhdud olduğu bir durumda Rusiya azad olan həcmləri maksimal dərəcədə reallaşdırmaq üçün yüksək endirimlər etmək məcburiyyətində qaldı. Bəzi hallarda bu cür endirimlər 30 ABŞ dollarına çatırdı. Bu, Rusiya neftinin satış qiymətinin aşağı düşməsi ilə nəticələndi.

2022-ci ilin oktyabrında Rusiyanın “Urals” markalı neftinin bir barelinin orta qiyməti 70,62 ABŞ dolları olubsa, noyabrda bu rəqəm 66,47 ABŞ dollarına düşüb. Rusiya neftinə qarşı embarqo və qiymət limitinin tətbiq olunması ərəfəsində alıcılar faktiki olaraq gözləmə mövqeyinə çəkildi. Hələ oktyabrda Çinin neft emalı zavodları dekabr ayında çatdırılma şərti ilə Rusiyadan neft alışını kəskin azaltdılar. Ötən ayda Çin Rusiyadan cəmi 5-7 partiya neft alıb. Halbuki, Rusiyanın bu ölkəyə neft ixracı adətən aylıq 30 partiyaya yaxın olurdu.

Bu həcmlər getdikcə daha da azala bilər. Məsələ burasındadır ki, satılan neftin qiyməti müəyyən olunan həddən yuxarı olsa yük sığortalanmayacaq. Nəzərə almaq lazımdır ki, dünya üzrə tankerlərin sığortası bazarının 90 %-dən çoxu gəmiləri sığortalayan 13 ən iri klubun daxil olduğu “International Group of P&I Clubs”ın payına düşür. Həmin təşkilat isə Avropa qanunvericiliyinə tabe olur. Hətta Çin höküməti və şirkətəri belə Rusiyanın sığortaçılarının və onun milli təkrar sığorta şirkəti tərəfindən gəmilərə və yüklərə verilən sığorta sənədlərini tanımaqdan imtina edib. Halbuki dənizə neft axması kimi hallar üzrə öhdəliklər 500 milyon ABŞ dollarına çata bilər.

Rusiya neftində maraqlı olan Yaxın Şərq və Asiya ölkələrində bu cür öhdəlikləri üzərinə götürə biləcək yerli şirkətlər demək olar ki, yoxdur. Rusiya qiymət limitinə qoşulan ölkələrə neft satmayacağını deyib. Lakin ümid bəslədiyi Çinlə bağlı da vəziyyət birmənalı deyil. Çində pandemiyadan bu yana “COVID-19” koronavirus xəstəliyinə rekord yoluxma qeydə alınır. Yoluxma aşkar olunan ərazilərin payına ölkənin ümumi ixracının 90 %-ə yaxını düşür. Pandemiyanın yayılmasının qarşısını almaq üçün hökümət kütləvi qapanmalara gedib. Nəticədə iqtisadi aktivlik, nəticə etibarı ilə də enerji daşıyıcılarına, o cümlədən neftə tələbat aşağı düşüb. Yaxın zamanda vəziyyətin əhəmiyyətli dərəcədə yaxşıya doğru dəyişəcəyi az inandırıcı görünün. Çin tərəfindən tələbatın aşağı düşməsi fonunda Rusiya öz neftini digər alıcılara böyük endirimlə təklif etməyə davam edəcək.

Proqnozlara görə, gələn il Rusiya nefti üçün endirimin 34 ABŞ dollarına kimi artacaq, bir barelin qiymətinin 57 ABŞ dollarına düşəcək. Bu isə Rusiyanın neft gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bu da son deyil. Aİ Rusiyadan alınan təbii qazın da qiymətinə limitin təyin olunması istiqamətində aktiv müzakirələr aparır. Hələlik bu sahədə konsensusa nail olmaq mümkün olmasada qarşıdakı aylarda bu məsələnin öz həllini tapacağı şübhə doğurmur. Bu, şimal qonşumuzun ixrac gəlirlərinin azaldılması yönündə daha bir təsirli alət olacaq.

Son xəbərlər

Orphus sistemi