“Myanmada müsəlmanların işgəncəyə məruz qalmasının qarşısı alınmalıdır” - RƏY

“Myanmada müsəlmanların işgəncəyə məruz qalmasının qarşısı alınmalıdır” - RƏY Elxan Şahinoğlu: "Yaxşı olar ki, BMT Təhlükəsizlik Şurası səviyyəsində qətnamə qəbul edilsin"
Analitika
6 Sentyabr , 2017 15:44
“Myanmada müsəlmanların işgəncəyə məruz qalmasının qarşısı alınmalıdır” - RƏY

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Myanmada baş verənlər təəssüf doğurur. Klassik islam coğrafiyasından bir qədər uzaqda olan Myanmada baş verənlər Yaxın Şərqdə və müsəlman dünyasında baş verənlərin davamı kimi qiymətləndirilməlidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, dünyada dini ayrı seçkiliyin siyasi proseslərin əsas istiqamətlərindən bir kimi müəyyənləşdirilməsi bu vaxta qədər beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən humanitar dəyərlərə ziddir: “Myanmanın Arakan ştatında baş verən hadisələrə də bu konteksdən qiymət vermək lazımdır. Yaxın Şərqdə nə baş verirsə, Arakanda da o baş verir. Müsəlmanları zorla miqrasiyaya məruz qoymaq, onlara işgəncə vermək yolverilməzdir. Bu proseslər qəddarlıqla həyata keçirilir. Öz fəaliyyətini insan hüquqları, humanitar dəyərlər üzərində quran beynəlxalq və regional təşkilatlar bu hadisəyə biganə qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatlarının müvafiq strukturları, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr qətiyyətli addımlar

Hikmət Babaoğlu

atmalıdırlar ki, XXI əsrdə insanlığın eyibi hesab olunan bu cür hadisələr baş verməsin. Müasir dövrdə şüurlu insanların qətllər törətməsi heç bir halda təqdir oluna bilməz. Bu, heç bir din tərəfindən də qəbul olunmur. Müsəlman dünyasındakı baş verənləri hansı mərkəzlər idarə edirsə, şübhəsiz ki, Myanmada baş verənləri də onlar idarə edir. Təəssüflər olsun ki, bu mərkəzlər dünya siyasətini müəyyənləşdirən islamafob mərkəzlərdir. Bütün bunlar yolverilməzdir”.

"Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Report”a açıqlamasında deyib ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmir: “Düzdür, bəzi dövlətlər - Türkiyə, İran narazılıqlarını ifadə ediblər. Hətta Rusiyada müsəlmanlardan ibarət 1 milyon nəfərlik mitinq keçirilib. Amma yaxşı olar ki, BMT Təhlükəsizlik Şurası səviyyəsində qətnamə qəbul edilsin. Rusiya rəsmiləri hər zaman deyirlər ki, ölkədə 20-30 milyon müsəlman yaşayır. Əgər o qədər müsəlman yaşayırsa, deməli, onların maraqları nəzərə alınmalıdır. Myanmaya qarşı sanksiyalar tətbiq etmək lazımdır. Amma bu barədə fikirlər yoxdur. Çünki həmin dövlət iddia edir ki, ərazidə terrorçu təşkilat var, terrorçular polis

Elxan Şahinoğlu

postlarına hücum edir. Yəni guya terrorçu təşkilatla mübarizə aparırlar. Amma terrorçu təşkilatla mübarizə adı altında müsəlmanları qətlə yetirirlər. Bu da rezonansa səbəb olub. Buna adekvat cavab verilməsə, bu cür əməllər gələcəkdə də davam edə bilər. Myanmanın dövlət başçısı Aun San Su Çjin vaxtilə Nobel Sülh Mükafatına layiq görülüb. Amma özü qətliama haqq qazandırır. Bu, SSRİ-nin prezidenti Mixail Qorboçova bənzəyir, o da 1990-cı illin əvvəllərində Nobel Sülh Mükafatı aldı, sonra Bakıda 20 yanvar qətliamını törətdi. Müsəlman aləmində həmrəylik yoxdur, İran və Rusiya istisna olmaqla digərlərinin etiraz səsi eşidilmir. Görünür, öz problemləri ilə məşğuldurlar. İslam dünyasında baş verən qovğalar ortaq bir reaksiya verilməsinə mane olur”.

Son xəbərlər

Orphus sistemi