Meksikalı ekspert: "Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib çıxaracaq"

Meksikalı ekspert: "Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib çıxaracaq" Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron "Report"a açıqlama verib
Analitika
13 İyun , 2018 10:55
Meksikalı ekspert: Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib çıxaracaq
Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron / Getty Images
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib çıxaracaq". 

Bunu "Report"a açıqlamasında Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron deyib. 

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində ən qabaqcıl təcrübədən istifadə olunub, onun idarə edilməsi yüksək səviyyədə olub: "Dövlətlərarası müvafiq sazişlər imzalanıb, layihənin əhatə etdiyi ölkələr buna töhfələrini verib". 

E.R.Patron həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rolunu da qeyd edib. 

Onun sözlərinə görə, şirkət böyük iş tərcübəsinə malikdir və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə yönələn layihələri gerçəkləşdirmək qabiliyyətindədir.

Son xəbərlər

Orphus sistemi