Küçədə janqlyorluq edən Paşinyan və ya saqqallı radikal - ŞƏRH

Küçədə janqlyorluq edən Paşinyan və ya saqqallı radikal - ŞƏRH Bakı. 24 iyul. REPORT.AZ/ Feodalizm dövründə Qərbi Avropada feodal qəsrlərində, kəndlərdə, karvansaralarda çıxış edən və köçəri həyat sürən artistlər janqlyor adlanırdı. Necə ki, Ermənistanda kəndləri küçə-küçə gəzərək və köçəri həyat tərzi yaşan Paşinyan da artisliyi ilə insanları aldadaraq janqlyorluqla hakimiyyətə gəldi. Lakin hakimiyyətə gəlmək üçün küçədə erməni xalqı üçün göstərdiyi janqlyorluq bu dəfə Avropa İttifaqına və Rusiya qarşı keçməyəcək. Ən azından bu cür ağılsızlıq Paşinyan hakimiyyətinin sonu ola bilər.
Analitika
24 İyul , 2018 11:49
Küçədə janqlyorluq edən Paşinyan və ya saqqallı radikal - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Feodalizm dövründə Qərbi Avropada feodal qəsrlərində, kəndlərdə, karvansaralarda çıxış edən və köçəri həyat sürən artistlər janqlyor adlanırdı. Necə ki, Ermənistanda kəndləri küçə-küçə gəzərək və köçəri həyat tərzi yaşan Paşinyan da artisliyi ilə insanları aldadaraq janqlyorluqla hakimiyyətə gəldi. Lakin hakimiyyətə gəlmək üçün küçədə erməni xalqı üçün göstərdiyi janqlyorluq bu dəfə Avropa İttifaqına və Rusiya qarşı keçməyəcək. Ən azından bu cür ağılsızlıq Paşinyan hakimiyyətinin sonu ola bilər.

Nikol Paşinyan adlı müxalif siyasətçi hakimiyyətə gələrək demokratiya vədi verdi, lakin bunun altından adi saqqallı radikal çıxdı. İndi erməni cəmiyyəti bu "saqqallı"dan canını qurtarmağa çalışır. Bir sıra mütəxəssislər Ermənistanın xarici siyasət kursunu dəyişə biləcəyini deyir. Digərləri isə bunun hazırkı şərtlər daxilində mümkün olmadığını müdafiə edir. Çünki əgər Rusiya Suriyada Qərbə meydan oxuyursa, əsrlərdir ki, at oynatdığı Cənubi Qafqazda tam təsiri altında olan və özünün hegemon olduğu bir ölkəni Avropaya necə təhvil verə bilər? Real siyasi mövqedən baxanda bu, yaxın perspektiv üçün mümkün deyil. Bütün bunlara görə, N.Paşinyanın Avropa oyununun arxasında nələrin dayana biləcəyi üzərində geniş dayanmağa ehtiyac görürük.

Ermənistan hakimiyyətinin xarici siyasətdə qeyri-konstruktiv mövqe tutması ilə bağlı çox yazılar dərc olunub. Mütəxəssislər bu siyasətin faktiki olaraq iflasa uğradığını danılmaz faktlarla sübut edirlər. Rəsmi İrəvan isə dəyişmək fikrində olmadığını hər fürsətdə nümayiş etdirir. Artıq Ermənistan vətəndaşları Nikol Paşinyanın da səmərəli bir addım atacağına ümidlərini kəsiblər. Sosial şəbəkələrdə bununla bağlı ermənilər fikirlərini açıq ifadə edirlər.

Digər tərəfdən məsələ ondan ibarətdir ki, erməni siyasi-analitik təfəkkürü rəsmi İrəvanın xarici siyasətini ziddiyyətsiz təqdim edə bilmir. Onlar pafosla Rusiya ilə strateji əlaqələrdən hansı məntiqlə bəhs edirdilərsə, indi eyni hay-küy və absurdluqla Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişaf perspektivlərindən dəm vururlar. Hər iki halda ermənilərin arqumentləşdirmə məntiqi sünidir. Elə bir tutarlı fakt ortaya çıxara bilmirlər ki, insanlar ona uyğun olaraq desinlər ki, Ermənistan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf etməlidir, yaxud Ermənistan-NATO əlaqələrinin dərinləşməsi üçün zəruri şərait mövcuddur. Fakt və əsaslandırma yoxdur, əvəzində, pafos və bədnam din eyniliyi, mədəniyyət oxşarlığı haqqında əsassız iddialar mövcuddur.

Konkret situasiyaya baxaq. Erməni mətbuatı N.Paşinyanın Brüsselə səfəri ilə bağlı tərəflərin qarşılıqlı olaraq geniş əməkdaşlığa can atdıqlarından yazır. Hətta Aİ-nin Ermənistandakı nümayəndəsinin belə fikrini gətirir: "Biz N.Paşinyanı isti qarşılayacağıq". Aİ diplomatiyasının rəhbəri Federika Moqerini isə Ermənistanla əlaqələri inkişaf etdirməklə bağlı əldə olunan razılığı "uğur tarixi və tarixi imkan" adlandırıb

Deməli, hazırda Aİ-Ermənistan münasibətləri cəbhəsində vəziyyət belədir: tərəflər əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Vəssalam! Eyni ritorikanı uzun illər Serj Sarkisyan işlətmirdimi? Brüssel və İrəvan bir-birlərini tərif etmirdilərmi? Ermənilərin təbirincə desək, Avropanın müxtəlif təşkilatları Ermənistanı Cənubi Qafqazın ən azad ölkəsi kimi qiymətləndirmirdilərmi? Onlar bilirdilər ki, reallıq belə deyil.

İndi də eyni vəziyyətdir. N.Paşinyan küçə adamı kimi heç bir real, konkret və demokratik fikir irəli sürməyib. Onun mülahizələri radikal küçə zorbaçısının fikirlərindən elə də fərqlənmir. Analitiklər indiyə qədər N.Paşinyanın elə bir fikrini nümunə gətirə bilmirlər ki, demokratiyaya, müasirliyə və səmərəli əməkdaşlığa səsləsin. Əksinə, onun artıq Rusiya kimi böyük bir dövlətin başçısını qıcıqlandırmağa başladığından bəhs edirlər. Praktiki olaraq Ermənistanın xarici siyasətində Qərbə tərəf addım atdığını təsdiq edən bircə fakt belə yoxdur. Olması da gözlənilən deyil. Çünki Moskva dərhal öz "erməni çocuğu"nun qulağını dartar.

Əvəzində nə var? Yenə də Serj Sarkisyanın dövründə olduğu kimi, boş söz! Nikol Paşinyan onu indi bir qədər fərqli tonda ifadə etməyə çalışır. Ermənistanın suverenliyinin təmin edilməsi və hər iki böyük geosiyasi düşərgə ilə eyni zamanda və eyni səviyyədə əməkdaşlıq edə bilmək imkanından danışır. Lakin anlamır ki, bu, yalnız xəyalda ola bilər, real siyasət konkretlik və dəqiqlik tələb edir – ya bu tərəfdəsən, ya da o tərəfdə! Bitərəf və müstəqil mövqe o zaman ola bilər ki, müstəqil xarici siyasət yeritmək potensialın ola. Bu isə Ermənistan rəhbərliyində yoxdur və heç bir zaman olmayıb da! Çünki Ermənistanın bütün siyasi kursuna Rusiya tam nəzarət edir. Məhz Moskvanın himayədarlığı sayəsində formal da olsa, Ermənistan adlı dövlət xəritədə var.

Belə deyilsə, Ermənistan iqtisadiyyatının neçə faizinin Rusiya ilə birbaşa bağlı olduğunu desinlər. Ermənistanın enerji infrastrukturunun neçə hissəsinə Rusiyanın nəzarət etdiyini bir daha söyləsinlər. Ermənistanın hərbi qüvvəsinin neçə faizinin Rusiyadan asılı olduğunu, onun təhlükəsizlik sistemində nə qədər rus təsirinin mövcudluğunu açıqlasınlar. Siyahını uzatmaq da olar. Bütün hallarda ermənilərin yolunun Moskvadan keçdiyini görərsiniz. Belə bir ölkə Aİ ilə necə müstəqil əlaqələr qura bilər?

Əgər belə deyilsə, nəyə görə N.Paşinyan küçədə etiraza başlayanda Rusiyadan mesaj gəldi ki, bu ölkədə yaşayan ermənilər Ermənistan əhalisindən çoxdur? Əgər onlar Ermənistana axın etsələr, səslər kimin xeyrinə veriləcək? Cavab aydındır, hətta N.Paşinyana belə!

Bəs onda söhbət nədən gedir? Burada bir neçə variant ola bilər. Ermənistan növbəti blefi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların qarşısına yeni əngəllər çıxarmağa çalışa bilər. Məsələn, Qərbi bu prosesdə daha da fəallaşdırmağa cəhd edərək vasitəçilərin özləri arasında fikir ayrılığını dərinləşdirər. Deyək ki, Qərb dövlətləri ilə Rusiya arasında danışıqların necə davam etdirilməsi ətrafında fikir ayrılığı yarana bilər. Tərəflərdən hər biri özünü başlıca təşəbbüskar və "həll açarı"na sahib tərəf kimi təqdim etməyə çalışarlar. Bu mənasız söz savaşı isə illər aparar.

Başqa məqam rəsmi İrəvanın Moskvaya ondan uzaqlaşa biləcəyi mesajını verməklə əlaqəli ola bilər. Bunu isə ermənilər Rusiya-Türkiyə və Rusiya-Azərbaycan əməkdaşlığının daha da inkişaf etməsi fonunda qəsdən edərlər. Çünki son vaxtlar həm Türkiyə, həm də Azərbaycan konkret sahələrdə öz böyük qonşuları Rusiya ilə əlaqələri inkişaf etdiriblər. Məsələn, Rusiya Azərbaycanla hərbi əməkdaşlıqla yanaşı, Xəzərin statusunun müəyyənləşməsində ortaq dil tapıb və hətta TANAP-ı alqışlayıb. Bu o deməkdir ki, zaman-zaman Rusiya və Azərbaycan bütün məsələləri həll edə bilərlər. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq mövqeyə gəlmələridə mümkündür.

Üçüncü ssenari Qərbi Cənubi Qafqazdakı geosiyasi proseslərə daha çox qarışdırmaqla, ümumilikdə, regionda gərginlik yaratmaqla bağlı ola bilər. Bu halda da Ermənistan ümid edir ki, münaqişə ətrafında aparılan danışıqlar dalana dirənməlidir. Çünki Rusiya ilə Qərb arasında Cənubi Qafqaz məsələsində ciddi fikir ayrılığı olsa, danışıqlar səmərəli ola bilməz. Tərəflərin hər biri öz maraqlarına üstünlük verməklə başqa mövqeni qəbul etmək istəməyəcək.

Beləliklə, rəsmi İrəvanın növbəti Qərblə əməkdaşlıq oyunu əslində Cənubi Qafqazda geosiyasi gərginliyi yeni başlanqıc müstəvisinə keçirmək niyyəti ilə bağlıdır. Burada başlıca məqsəd münaqişənin qeyri-müəyyən vəziyyətdə qalmasına davam etməkdir. Məhz buna görədir ki, erməni analitiklər və onlara quyruq bulayan rusiyalı bir sıra ekspertlər mürəkkəb və ziddiyyətli bir vəziyyətin yarandığı görüntüsü formalaşdırmağa çalışırlar. Onlar müəyyən təbliğat kampaniyası aparırlar. Lakin erməni siyasətçilərin anlamadığı bir incə məqam mövcuddur.

Rusiya o qədər böyük və güzəştsiz davranan dövlətdir ki, özündən asılı olanların səhvini bağışlamır. Rəsmi İrəvanın Qərb oyunu müəyyən həddə çatanda Kreml “ayısının” yumruğu mütləq Ermənistan rəhbərliyinin başını partladacaq. Təcrübə göstərir ki, bu, çox müxtəlif formalarda ola bilər. Ermənistan ölkə olaraq cəzalandırıla bilər. Onun siyasi lideri qəzanın qurbanı olar. Küçələrdə etiraz dalğası başlayar. Rusiyadakı erməni oliqarxlar və mədəniyyət xadimlərinin müraciəti meydana çıxa bilər. Və yaxud 1999-cu ildə olduğu kimi parlamentdə güllə səsləri eşidilər. Hansı üsulun seçilməsindən asılı olmayaraq məqsəd bir olacaq – Ermənistanı mövcud olduğu geosiyasi buxovda saxlamaq! Erməni azad ola bilməz və olmayacaq da!

Analitik-icmalçı Ehtiram Aşırlı

Son xəbərlər

Orphus sistemi