Koronavirusun Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri haqqında

Koronavirusun Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri haqqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdir davam edən danışıqlar indiyədək hər hansı nəticə verməyib. Hazırda koronavirus pandemiyası üzündən bütün dünyanı bürüyən iqtisadi və sosial böhran vəziyyətində Ermənistan bu məsələyə əvvəlki kimi diqqət ayırmaqda çətinlik çəkəcək.
Analitika
365
22 Aprel , 2020 18:38
Koronavirusun Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri haqqında

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdir davam edən danışıqlar indiyədək hər hansı nəticə verməyib. Hazırda koronavirus pandemiyası üzündən bütün dünyanı bürüyən iqtisadi və sosial böhran vəziyyətində Ermənistan bu məsələyə əvvəlki kimi diqqət ayırmaqda çətinlik çəkəcək.

“Report” xəbər verir ki, bu barədə “AIR Center” araşdırmalar mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “EurActiv”də dərc olunmuş yazısında bildirilir.

“Lakin Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nda saxta “prezident və parlament seçkiləri”ni təxirə salmağı lazım bilməyib 31 mart tarixində keçirdi. Bu qondarma rejimi “qanuniləşdirmək”, yeni adamları iş başına gətirmək, həmçinin burada “demokratiya” görüntüsü” yaratmaq xətrinə Ermənistan bütün sağlam mülahizələri bir kənara ataraq həmin tədbirin təyin olduğu vaxtda keçirilməsini dəstəklədi.

Buna baxmayaraq, “seçkilər”i təşkil edənlər hər hansı beynəlxalq dəstək almadılar. ATƏT, Aİ, NATO, İƏT, GUAM, Türk PA kimi bir sıra beynəlxalq təşkilatlar, bir çox dövlətlər yaydıqları bəyanatlarda bu “seçkilər”in hüquqi əsaslarını tanımadıqlarını açıqladılar. Yəni həmin “seçkilər” beynəlxalq hüququn BMT Nizamnaməsi, Helsinki Yekun Aktı kimi sənədlərdə təsbit olunmuş təməl prinsiplərinə zidd və qanuni qüvvəsi olmayan tədbir olaraq səciyyələndirildi.

Beləliklə, beynəlxalq birlik Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam olaraq tanıyır və dəstəkləyir, işğal olunmuş ərazisində bu “seçkilər”in keçirilməsini də qətiyyətlə pisləyir”, - məqalədə qeyd olunur.

Müəllifin fikrincə, hazırkı koronavirus pandemiyası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də müəyyən dərəcədə təsir edir:

“Birincisi, COVID-19-un yayılmasına qarşı dövlətlər tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlər ATƏT-in Minsk qrupunun himayəsində keçirilən görüşlərə maneçilik törədə, bununla da danışıqlar prosesində fasilələr yarana bilər. İkincisi, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu mütəmadi olaraq keçirilən monitorinqlər də koronavirus pandemiyası üzündən dayandırılıb. Ona görə də atəşkəs rejiminə əməl etməyə nəzarət tərəflərin özlərinin üzərindədir”.

Yazıda BMT-nin baş katibi Antonio Quterreşin bu ayın əvvəlindəki “Dünya boyu atəşkəs” müraciətinin də əhəmiyyətli olduğu bildirilir: “Bu virusun dövlət sərhədləri, milli və dini mənsubiyyət tanımadığını vurğulayan BMT baş katibi bütün dünyada silahlı münaqişələri dondurulmaqla dərhal ümumdünya atəşkəsə çağırıb. Lakin buna baxmayaraq, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın Qazax rayonundakı cəbhə xəttinin yaxınlığında dinc sakinləri atəşə tutmağa davam edir. Nəhayət, koronavirus pandemiyası ilə bağlı xarici və daxili dəyişikliklər də münaqişə tərəflərinin mövqelərinə yenidən nəzər salmasına rəvac verə, nəticədə mövcud status-kvo ağrılı dalana dirənə bilər”.

Son xəbərlər

Orphus sistemi