İranla münasibətlər - Azərbaycan haqlı olduğunu sübut etdi

İranla münasibətlər - Azərbaycan haqlı olduğunu sübut etdi Azərbaycan İranın haqsız olduğunu sübut etdi.
Analitika
301
21 Oktyabr , 2021 18:34
İranla münasibətlər - Azərbaycan haqlı olduğunu sübut etdi

Azərbaycan İranın haqsız olduğunu sübut etdi. Məlum oldu ki, İran Azərbaycanın suveren hüquqlarını pozur, ərazilərimizdə qanunsuz işlərlə məşğul olur. Ona görə də İranın bu istiqamətdə atdığı addımların yanlışlığı diqqətə çatdırıldı. Azərbaycan ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu sübut etməyə çalışdı və bunu bacardı.

Əlbəttə, biz münasibətlərin gərgin qalmasının tərəfdarı deyilik. Bunu bütün fəaliyyətimizlə bölgədə maraqlı olanlara göstərdik. Azərbaycan sübut etdi ki, regionda yersiz gərginlik əbəsdir. Bu niyyətdə olanların qarşısında duracağımızı da təsdiqlədik. Şübhəsiz, Azərbaycanın son illərdə ərazi bütövlüyünün bərpası istiqamətində atdığı bütün addımlar dövlət başçısı İlham Əliyevin cəsarətli, prinsipial, milli maraqların qorunmasına yönəlmiş addımlarının məntiqi nəticəsidir. Bütün proseslər bir daha onu nümayiş etdirdi ki, heç kim Azərbaycanla diqtə ilə danışa bilməz.

İranın yeni qərarları Azərbaycana qarşı iddialarının yersiz olduğunu sübut edir

Azərbaycan Prezidenti beynəlxalq hüquq pozuntuları ilə bağlı İrana bir neçə dəfə ismarıc göndərmişdi. İranın son vaxtlardakı addımları da dövlət başçısının məsləhətlərinin və xəbərdarlıqlarının nəticəsidir. Ümid edirəm ki, bundan sonra tərəflər qarşılıqlı əməkdaşlığa üstünlük verəcəklər və bu, regionda təhlükəsizliyə, əlaqələrin inkişafına, o cümlədən Zəngəzur dəhlizinin açılmasına, Ermənistan- Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına töhfə verəcək.

Bütün hallarda dövlət başçının yürütdüyü siyasət regional əməkdaşlığa və dünyanın təhlükəsizliyinə ismarıcdır. İranın öz şirkətlərinin Azərbaycan ərazisinə daxil olmaqla bağlı qərarları həmin dövlətin Azərbaycana qarşı iddialarının yersiz olduğunu sübut edir. İran şirkətləri Azərbaycan ərazisinə daxil olmaqla qanunu pozublar.

Eləcə də Gorus-Qafan yolundan qanunsuz olaraq istifadə edilib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunmasında beynəlxalq hüquq çərçivəsində bütün addımlardan istifadə edə biləcəyini dünyaya təsdiqlədi. Azərbaycan rəhbərliyi davamlı olaraq deyirdi ki, biz ərazi bütövlüyümüzü təmin etmək üçün bütün imkanlardan yararlanacağıq. Biz ərazi bütövlüyümüzü təmin etməyə daim hazır olduğumuzu həm İranın, həm də bütün dünyanın nəzərinə çatdırdıq.

Regionda yeni reallıqlar yaradan Azərbaycanla heç kim hədə-qorxu ilə danışa bilməz

Bir çoxları elə zənn edir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsi həmin ərazilərin Rusiyanın nəzarətində olduğu deməkdir. Təbii ki, bu, qətiyyən belə deyil. Bu, sadəcə olaraq 10 noyabr bəyanatının müddəalarından biridir.

Artıq hər kəs bilir ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqların müəllifi olan Azərbaycanla heç kim hədə-qorxu ilə danışa bilməz. Azərbaycanın suveren hüquqları qorunub saxlanılır. Bir daha qeyd etmək yerinə düşər ki, İranın atdığı addım həm də qonşu ölkənin bizə qarşı haqsızlığını təsdiqlədi. Təbii ki, Azərbaycan heç bir dövlətlə, heç bir ölkə ilə münasibətlərini pozmaq istəmir. Buna görə də Azərbaycan dünyada daima ədalətli mövqe nümayiş etdirib. Azərbaycanın ədalətli mövqeyi isə hər kəsə bəllidir. Düşünürəm ki, hər kəs Azərbaycanın nümunəvi addımlarından faydalanmalı və özləri üçün nəticə çıxarmalıdır.

Hətta deyərdim ki, artıq İran da nəticə çıxarmağa başlayıb və öz haqsızlığını aradan qaldırmaq üçün ölkədəki şirkətlərə Azərbaycan ərazisinə qanunsuz daxil olmağı qadağan edib.

Son xəbərlər

Orphus sistemi