London. 26 oktyabr. REPORT.AZ/ “Əgər Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında hər hansı bir razılaşma əldə olunmasa, bunun nəticələri hər iki tərəf üçün ağır ola bilər. Bu vəziyyət rəsmi Londona böyük problemlər yarada, hətta qida qıtlığına belə səbəb ola bilər”.
Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında “Böyük Britaniya seçkilərdə, 2010”, “Böyük Britaniya seçkilərdə, 2017” kitablarının müəllifi, “Royal Holloway, University of London” Universitetinin Siyasət və Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Nicholas Allen deyib.
Onun fikrincə, “Brexit”in Aİ-yə də təsiri olacaq: “Ən önəmlisi isə odur ki, İrlandiya hökuməti Avropa İttifaqının qaydalarına bağlı qalmaq ya da Şimali İrlandiya ilə öz sərhədini açıq saxlamaq haqqında düşünməlidir. İrlandiya heç bir razılaşma əldə edilmədiyi təqdirdə Böyük Britaniya ilə olan quru sərhədində keçid məntəqəsi yaratmalıdır”.
N.Allen hesab edir ki, “Brexit”in Aİ-yə daxil olmayan ölkələrə necə təsir göstərəcəyi haqqında indi konkret fikir söyləmək çətindir: “Belə ehtimal var ki, bu proses ölkəyə təsir etməyəcək. Bu gün Böyük Britaniya orta ölçülü bir gücdür və “Brexit”dən sonra qlobal gücü daha da azalacaq. Ancaq ən böyük təsir onda olar ki, “Brexit” Avropa İttifaqını zəiflətsin. Bu halda isə potensial olaraq, Rusiyanın Azərbaycan da daxil olmaqla, yaxın qonşularının işlərinə müdaxilə etmək imkanı daha da genişlənəcək. Ancaq “Brexit”in Aİ-ni regional birlik kimi gücləndirməsi də mümkündür. 2016-cı ilin referendumunun yaratdığı çətinliklər onu göstərir ki, Avropa dövlətlərinin klubundan kənarda qalmaqdansa birlikdə hərəkət etmək daha yaxşıdır”.
nbsp;
Bu gün Böyük Britaniya orta ölçülü bir gücdür və “Brexit”dən sonra qlobal gücü daha da azalacaq.
Nicholas AllenСотрудник департамента политики и международных связей Лондонского университета Royal Holloway Николас Аллен
N.Allen Böyük Britaniyada “Brexit”ə səbəb olan amillərə də toxunub. O bildirib ki, “Brexit”in niyə baş verdiyini anlamaq üçün buna beşpərdəli oyun kimi baxmaq lazımdır: “Bu oyun hələ “Brexit” üçün səs vermənin başlamadığı zamanlarda, o zamankı baş nazir Devid Kemeronun Avropa İttifaqını tənqid edən və ona qarşı olan fundamentalistləri razı salmağa çalışdığı zaman başlayıb".
Ekspertin fikrincə, referendum qalibiyyəti Avropa İttifaqından çıxmaq üçün mandat idi, lakin Böyük Britaniyanın Brüssellə gələcək əlaqələrinin necə olmasına dair heç bir mandat vermədi. O vurğulayıb ki, bundan başqa hakim Mühafizəkarlar Partiyası referendumdan sonra daha da bölündü, siyasi təşkilat daxilində fikir ayrılığı artdı: “Bu da Devid Kamerondan sonra gələn hər hansı bir baş nazirin “Brexit” fundamentalistləri tərəfindən daimi təhdid edilməsinə səbəb oldu. Mühafizəkarlar Partiyasındakı Avropa İttifaqı əleyhinə olanlar elə düşünürdülər ki, ölkə ittifaqdan çıxsa da, Brüssel rəsmi Londonla iqtisadi əlaqələrini davam etdirəcək və Böyük Britaniyanı qucaqlayacaq. Onlar Avropa İttifaqına daxil olan ölkələrin bu birliyə olan siyasi inanclarını gözdən qaçırdılar. Əlbəttə ki, “Brexit” Böyük Britaniyaya tamamilə gözlənilən zərbələr vurdu. Böyük Britaniya bir ada deyil. Onun Avropa İttifaqına daxil olan İrlandiya ilə quru sərhədi var və bu sərhəd “Brexit” razılaşması zamanı problem yaradacaq”.
Aytən Abbaslı