Yuxarı

Ukraynalı deputatlar: "Prezident seçkisinin ikinci turuna az qalmış hər an hər şey dəyişə bilər"

İkinci tura az qalmış hər an hər şey dəyişə bilər

“Ukraynada prezident seçkilərinin ikinci turuna qısa vaxt qalmasına və xalq arasında böyük həyacan olmasına baxmayaraq, ölkədə stabillikdir. Buna baxmayaraq, istər hüquq-mühafizə orqanları, istərsə də digər strukturlar hazır vəziyyətdədirlər. Çünki hər an hər şey ola bilər”. 

Bunu "Report"un Avropa bürosuna Ukraynada növbəti prezident seçkiləri ilə bağlı prosesi şərh edən Ali Radanın deputatı Qeorqiy Meparişvili bildirib.

O qeyd edib ki, birinci turun nəticələri onlar üçün gözlənilməz olub: “Son statistika belədir ki, 55 faiz seçicilər Zelenskiyin tərəfindədirlər, 45 faiz isə hazırkı Prezident Poroşenkonu dəstəkləyirlər. Buna baxmayaraq, biz ikinci turda dəyişiklik gözləyirik. Hazırkı situasiya, baxmayaraq ki, seçkiyə cəmi bir gün qalıb, Zelenskiyin tərəfindədir. Amma hər şey onlar arasındakı son debatdan da asılı ola bilər. Mən ikinci turda başqa namizəd gözləyirdim. Hər halda, görünən odur ki, xalq artıq illərdir yaşadığı çətinliklərə, nəhayət, nöqtə qoymaq istəyir və görmək istədiyini prezident seçmək istəyir. Düzdür, Poroşenkonun da prezident olduğu müddət ərzində xeyli xidmətləri olub. Ordu möhkəmləndi, islahatar köklü şəkildə baş verdi, Avropaya inteqrasiya sürətləndi və sair. Amma görünən odur ki, əsasən də, gənclər yeni sima görmək istəyir". 

Ali Radanın deputatı Qeorqiy Meparişvili

Deputat qeyd edib ki, payızda da parlament seçkiləri gözlənildiyi üçün bu il Ukraynada siyasi cəhətdən həlledici ildir: “Hazırkı seçkinin nəticləri də, təbii ki, parlament seçkilərinə təsir edəcək. Yeri gəlmişkən, biz növbəti parlament seçkilərində də qanunverici orqanı yenilənmiş görmək istəyirik. Elə insanlar, elə millətlər var ki, Ukraynada çox fəaldır, amma hələ də Ali Radada təmsil olunmur. Məsələn, mən özüm etnik gürcüyəm, amma nəinki mən bir çoxumuz istəyirik ki, Ukrayna parlamentində azərbaycanlı da təmsil olunsun. Ukrayna Millətlər Assambleyasnın prezidenti Rövşən Tağıyev xalq deputatı üçün potensial namizəddir. Onun fəaliyyəti tək azərbaycanlılar üçün yox, bütün ukraynalılar və Ukrayna dövləti üçün təqdirəlayiqdir. Yaxşı olardı ki, həmyerliləri də ona tam dəstək olsun və seçkiqabağı işləsinlər”. 

Deputat Maksim Polyakov isə “Report”a bildirib ki, hazırkı seçki prosesi elə gedir ki, təəssüf ki, heç bir namizəd xalqın konkret sullarına dəqiq cavablar vermirlər: “Ona görə də hazırkı seçki prosesini cizgi filmi adlandırardım, nəinki normal seçki kampaniyası. Şəxsən mən prosesdən narazıyam, konkret çərçivələr yoxdur, dəqiq sualları cavablandırmırlar. Bu gün baş tutacaq debatı gözləyirik. Görək, nədən danışacaqlar. Hazırda əsas informasiya vasitələri, telekanallar da normal balans saxlamırlar. Ona görə də hər an gərgilik olacağını da istisna etmirəm. Siyasi kampaniyalarda da mətbuat əsas amil hesb olunduğu üçün bu, narahatlıq yaradır. Amma buna baxmayaraq, xalq öz seçimini edir. Məhz bu baxımdan əgər ikinci turda Poroşenko qələbə qazansa, bu artıq bizim üçün sürpriz olacaq”. 

Ali Radanın deputatı Maksim Polyakov

Deputat xaricdən Ukraynadakı hazırkı proseslərə kənar müdaxilə cəhdlərini də istisna etməyib: “Biz ukraynalılar sözümüzü deməyi bacarırıq”. M.Polyakov Ukraynadakı hazırkı siyasi proseslərin bu seçki ilə bitməyəcəyini, payızda baş tutacaq növbəti parlament seçkiləri ilə də davam edəcəyini deyib. O da hazırkı nəticələrin parlament seçkilərində özünü göstərəcəyini, etnik millətlərin parlamentdə daha çox təmsilçiliyini və həmkarı kimi o da azərbaycanlıların namizədini dəstəklədiyini bildirib: “Əgər Ukraynada azərbaycanlılar növbəti parlament seçkilərinə öz namizədlərini irəli sürməsələr, bu, onların böyk səhvi olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi