Fransa və Ermənistanı birləşdirən dəyər - soyqırımı cinayətləri

Fransa və Ermənistanı birləşdirən dəyər - soyqırımı cinayətləri Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir
Analitika
17 Noyabr , 2020 18:00
Fransa və Ermənistanı birləşdirən dəyər - soyqırımı cinayətləri

Fransa hakimiyyəti başda Prezident Emmanul Makron olmaqla Azərbaycan və Türkiyəyə qarşı əsassız çıxışlar edir, işğalın və işğalçının müdafiəçisi kimi davranırlar.

Uzun illərdir qondarma erməni soyqırımı ilə bağlı bütün dünyada Türkiyəyə qarşı təbliat aparılır. Bu prosesə Fransa başçılıq edir. Hətta bu “soyqırımı” tanımayanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Onlar bununla özlərini ən fədakar ermənisevər kimi göstərirlər.

Fransa Türkiyəyə qarşı niyə belə davranır? Belə ehtimal etmək olar ki, ermənilər Fransanın əlində Türkiyəyə qarşı təzyiq vasitəsidir. Fransanın Türkiyədə 300 illik heyfi var. Sonuncu dəfə Çanaqqalada onlar Osmanlı silləsi yeyiblər. Həmin dövrdən indiyədək Fransa Türkiyə ilə birbaşa, açıq döyüşə girməkdən çəkinir, amma pərdəarxası oyunlarda Türkiyənin əleyhinə fəaliyyət göstərir. Yeri düşəndə isə türk dövlətinə kəmfürstəlik edir.

Rəsmi Paris yenə də öz ampluasındadır və Azərbaycanın haqlı davasına qarşı çıxış edir, özünün də tərəfdar çıxdığı bütün beynəlxalq normaları, etika qaydaları, müqavilələri pozur.

Bu günlərdə ermənilərin saxtakarlığını tanıyan Fransada Azərbaycana qarşı addım atılacağına dair xəbər yayılıb. Məlumata görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Bu prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır. Onun erməni lobbisinin tam nəzarətində olduğu istisna deyil.

61 yaşlı Ann Maria İdalqo Aleu Sosialistlər Partiyasının üzvüdür. Ateistdir. İspaniyanın Əndəlus əyalətinin San-Fernando şəhərində anadan olub. Parisin ilk qadın meridir. O, ikinci dəfə özündən 7 yaş böyük partiyadaşı Jan-Mark Jermenə ərə gedib.

Aparılan qısa araşdırma Ann İdalqonun Fransadakı ermənilərlə sıx münasibət saxladığını təsdiqləyir. Müavinlərindən birinin 29 yaşlı erməni Anuş Toronyanın olması da bunu təsdiqləyir. A.Toronyan Fransız ermənilərinin təşkilatı olan CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır.

A.Tonoyan Ann İdalqonun ən yaxın tərəfdarı və dostu sayılır. Anuş müavin təyin olunduqdan sonra icra hakimiyyətinin bir hissəsi sayılan Paris merinin müavini olmaqdan qürur hissi keçirdiyinin bildirmişdi. O, ictimai layihələr və vətəndaşların orada iştirakına cavabdehlik daşıyacaq. A.Tonoyan Fransadakı erməni icmasının fəallarından sayılır və Fransada Ümumerməni Xeyriyyə Birliyinin icraçı direktorudur.

Paris həm şəhər, həm də departamentdir. Paytaxtın meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt-şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin mer deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paytaxt Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə yolu ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” Partiyası şurada geniş şəkildə təmsil olunur.

2015-2018-ci illərdə Anna İdalqo Ermənistan keçmiş prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. O, Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzi Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.

Paris meri seçkisi keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

Ann İdalqo Fransua Makronla birlikdə 2018-ci ildə Fransadakı ermənilərin təşkil etdiyi tədbirdə iştirak edib. Paris meri ermənilərin demək olar ki, bütün tədbirlərinin “bəzəyidir”. O, Fransada erməni kilsəsinin açılışında da iştirak edib.

Qondarma soyqırımla bağlı paylaşdığı tvitterlərdə erməniləri dəstəkləməsi də İdalqonun anti-Türkiyə mövqeyini bir daha təsadiqləyir. O paylaşdığı tvitterdə yazıb: “Yüz il əvvəl minlərlə qadın, uşaq və kişi erməni olduğu üçün öldürülüblər”.

Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edir. Ancaq bu ölkə son illərdə nümayiş etdirdiyi mövqeyi ilə tərəfsiz olmadığını, Ermənistanı açıq-aşkar dəstəklədiyini göstərib. Rəsmi Paris Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində iştirakından qıcıqlandıqlarını da gizlətmir. Bu məsələdə beynəlxalq normalara əməl etməyən Fransa unudur ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Bu səbəbdən onun prosesdə fəallığı da məntiqidir. Ancaq Parisin Ermənistanın Cənub Qafqazda oynadığı pozuculuq rolunu, işğalçılığını müdafiə etməsi anlaşılmazdır.

Görünür, Fransa ilə Ermənistan soyqırımlar törətməklə bir-birinə oxşayır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.

Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Onları birləşdirən ümumi dəyər çox güman ki, bu cəhətdir.

Son xəbərlər

Orphus sistemi