FES uçot dərəcəsini yaxın 20 ildə tədricən artıracaq

FES uçot dərəcəsini yaxın 20 ildə tədricən artıracaq Uçot dərəcəsinin tarixi maksimal həddi isə 1979-1980-ci illərdə - 20% olub
Analitika
26 Oktyabr , 2016 15:19
FES uçot dərəcəsini yaxın 20 ildə tədricən artıracaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ-da uçot dərəcəsinin tarixi maksimal həddi 1979-1980-ci illərdə 20% təşkil edib. 

"Report" xəbər verir ki, buna səbəb həmin illərdə qeydə alınan yüksək inflyasiya olub. Belə ki, 1973-cü ildə başlayan istehlak qiymətlərindəki artım 1980-ci ilə qədər davam edib.

Ümumiyyətlə, ABŞ-da uçot dərəcəsi tarixən 2-5% diapazonunda olub. 1971-2016-cı illər arasında isə uçot dərəcəsinin orta qiyməti 5,85% təşkil edib. Faizlərdə dəyişiklik inflyasiya və resessiya (durğunluq) amillərinə görə formalaşıb.

ABŞ-da uçot dərəcəsinin tarixi minimal həddi isə 2008-ci il dekabrın 17-də 0% səviyyəsində qeydə alınıb və 7 il faizlər 0-0,25% diapazonunda qalıb. Lakin 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 faiz bəndi artırmaq qərarına gəlib.

"Report"un analitik qrupu FES-in uçot dərəcəsini mərhələli şəkildə artırmağa başlayacağını və ən azı 5%-ə çatdıracağını ehtimal edir. Belə olacağı halda, ABŞ dollarının digər valyutalarla müqayisədə möhkəmlənəcəyi gözlənilir. Əsas valyuta cütlüyü sayılan USD/EUR-un paritetdən aşağı enməsi ehtimal olunur, neft və digər əmtəələrin ucuzlaşması proqnozlaşdırılır. 

ABŞ-da uçot dərəcəsinin qrafikinə nəzər yetirdisək görərik ki, dolların möhkəmlənməsinin uzun müddət davam edəcəyi anlaşılır. Yaxın 20 ildə FES-in mərhələli olaraq uçot dərəcəsini artıracağı və dolların məzənnəsinin güclənəcəyi qaçılmazdır.

Prosesin ABŞ istisna olmaqla dünyanın əksər ölkələrinə, eləcə də Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. Maliyyə vəsaitlərinə çıxışın yaxın 20 il ərzində çətinləşməsi nəticəsində əsasən inkişaf etməkdə olan ölkələrin likvidlik problemi ilə üzləşəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə maliyyə böhranları, devalvasiyalar və aktivlərin ciddi ucuzlaşması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi