​FES-in uçot dərəcələrini artırması ehtimalları bir qədər də artıb

​FES-in uçot dərəcələrini artırması ehtimalları bir qədər də artıb Əsas aktivlər 2016-cı ildə 15% ucuzlaşacaq, dollar 15% bahalaşacaq
Analitika
25 May , 2016 21:10
​FES-in uçot dərəcələrini artırması ehtimalları bir qədər də artıb

Bakı. 25 may. REPORT.AZ/ Mayın 24-də ABŞ-da açıqlanan aprel ayı üçün yeni evlərin satış həcmi göstəricisinin illik müqayisədə 16,6% artması FES-in iyunun 13-14-də keçiriləcək iclasında uçot dərəcələrini artırması ehtimallarını yüksəldib. "Report" xəbər verir ki bu, 2008-ci ildən etibaən ənyüksək artım göstəricisidir. Belə ki, aprel ayı satışları 619 min ədəd təşkil etməklə bərabər, satılan evlərin orta qiyməti də 297,9 min ABŞ dollarından 7,8% artımla 321,1 mln.-a yüksəlib. Ekspertlər bunu əhalinin banklarda kredit faizlərinin yüksəlmədən bir an öncə ipoteka ilə ev almaq istəyi ilə əsaslandırıblar.

Uçot dərəcələrinin artmasının ABŞ iqtisadiyyatına mənfi təsirinin hiss edilməyəcək dərəcədə olmasını qəbul edən maliyyə bazarları fond birjaları və neft qiymətlərinin artmasına səbəb olub. Qızıl qiymətləri isə investorların riskli aktivlərə istiqamətlənmələri ilə əksinə azalmağa başlayıb. ABŞ dollarının məzənnəsi isə əsas valyutalarla müqayisədə artmağa başlayıb. Belə ki, USD/EUR məzənnəsi mayın 24-də 0,7% azalaraq 1,1136 səviyyəsinə enib. Qeyd edək ki, USD/EUR məzənnəsi may ayı ərzində 1,1615 səviyyəsinə qədər artıb və hazırda bu səviyyədən 4% aşağıda qərarlaşıb.

"Report"un analitik qrupu USD/EUR məzənnəsinin 1,1050 səviyyəsindən aşağı düşməsi halında sürətlə ucuzlaşacağını və 1,04 səviyyəsinə qədər geriləyəcəyini ehtimal edir. 2016-cı il ərzində FES-in 2 dəfə faizləri artıracağı və nəticədə fond birjası indekslərinin, neft və qızılın 15%-ə yaxın ucuzlaşacağı, dolların isə avroyla müqayisədə 15% bahalaşacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi