Yuxarı
    Bağlamaq

    FED protokolları uçot dərəcəsinin mart ayında artırılmasına şübhələr yaradıb

    Dolların möhkəmlənməsi 2018-ci ilin ilk rübündən etibarən davam edəcək

    Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) fevralın 22-də keçirdiyi son iclasın protokollarını dərc edib. 

    "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, protokollara əsasən FED Açıq Bazar Komitəsi (FOMC) tezliklə uçot dərəcələrinin artırılacağını, lakin bunun üçün inflyasiya göstəricisinə diqqət edilməsi zəruriyyətini bildirib. Komitə həmçinin dolların möhkəmlənməsinin iqtisadi artıma mənfi təsir edə biləcəyini və dünya ölkələrində maliyyə qeyri-sabitliyi yaradacağını qeyd edib. Nəticədə FOMC pul-kredit siyasətinin tədricən sərtləşdirilməsini mümkün sayıb.

    "Report"un analitik qrupu dünənki protokolların nəticələrini təhlil edərək bildirir ki, FED-in bu il martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini artırması şübhə altındadır. Belə ki, protokollara əsasən, faizlərin tezliklə artırılacağı, onun mart ayında artırılacağı mənasını daşımır. Həmçinin FED ABŞ-da yeni vergi islahatlarının iqtisadi nəticələrini görmək istəyəcək.

    Protokolların açıqlanmasından sonra əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0490-dan 1,0560-a qədər yüksəlib. Yaxın günlərdə dolların bir qədər də ucuzlaşması ehtimal olunur. Hər bir halda USD/EUR-un 1,04-dən aşağı düşməsi gözlənilmir. Belə ki, FED-in güclü dollardan narahat olduğu dünənki protokollarda bir daha vurğulanıb.

    FED-in protokolları Azərbaycan manatının tədricən möhkəmlənməsinə gətirib çıxaracaq. Zəif dollar həmçinin neftin qiymətinin yüksək səviyyədə qalmasına kömək edəcək. Lakin 2018-ci ilin ortalarından etibarən dolların yenidən yüksəliş trendinə başlaması ehtimal edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi