Ermənistanın Rusiyaya növbəti xəyanəti - dostu dar gündə qoyub qaçmaq vərdişi

Ermənistanın Rusiyaya növbəti xəyanəti - dostu dar gündə qoyub qaçmaq vərdişi Ermənistan və ermənilər həmişə sığındıqları, himayəsində olduqları dövlətlərə dar məqamda xəyanət ediblər. Son 200 ildə baş verənlər bunu təsdiqləyir. Onların Osmanlıya, Qacarlara, Çar Rusiyasına, SSRİ-yə etdiyi xəyanətlər tarixin yaddaşındadır.
Analitika
9 Mart , 2022 15:40
Ermənistanın Rusiyaya növbəti xəyanəti - dostu dar gündə qoyub qaçmaq vərdişi

Ermənistan və ermənilər həmişə sığındıqları, himayəsində olduqları dövlətlərə dar məqamda xəyanət ediblər. Son 200 ildə baş verənlər bunu təsdiqləyir. Onların Osmanlıya, Qacarlara, Çar Rusiyasına, SSRİ-yə etdiyi xəyanətlər tarixin yaddaşındadır.

Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlardan Ermənistan da narahat olmağa başlayıb. Bu ölkədə Rusiyanı müdafiə etdikləri deyilsə də, rəsmi İrəvan fürsət düşdükcə gizlicə Qərblə danışıqlar da aparır. Ermənistanın Baş naziri Nikol Paşinyan martın 9-da Fransaya işgüzar səfərə yola düşüb. Məlumata görə, o, Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” adlı foruma qatılacaq. Səfər çərçivəsində iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Paşinyanın Fransaya səfərinin pərdəarxası

Fransanın da daxil olduğu Qərb bloku ilə Rusiya arasında mövcud gərginlik fonunda Ermənistanın hökumət başçısının Parisə səfərini birmənalı qiymətləndirmək sadəlövhlük olardı. Heç şübhəsiz, bu səfər, ilk növbədə, Rusiyanın hakim dairələrini narahat edəcək. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu sayılır. Fransa Rusiyanın Ukraynadakı fəaliyyətini kəskin şəkildə tənqid edir. Fransanın xarici işlər naziri Jan-İv Le Drian bu günlərdə bildirmişdi ki, Ukrayna Rusiya ordusuna qalib gələcək: “Rusiya ordusu Ukraynada özünü Hələb və Qroznıdakı kimi aparır. Bu şəhərlərin əhəmiyyətli bir hissəsini Rusiya artilleriya və aviasiya ilə məhv etmiş, minlərlə insan ölmüşdü”.

Nikol Paşinyan
Nikol Paşinyan

Rusiyanın Ukraynadakı fəaliyyətini belə dəyərləndirən Fransaya Paşinyanın səfərini Ermənistanın və ermənilərin tarixi xəyanət missiyasının davamı kimi də qiymətləndirmək olar. Ermənistanda çıxan “Qraparak” qəzeti bu hadisə bağlı yazıb: “Rəsmi İrəvan Avropa və ABŞ-la gizli danışıqlar apardığı üçün Rusiya Ermənistanın antirusiya davranışından narahatdır. Bizim məlumatımıza görə, Rusiyanın güc strukturları Ermənistan KİV-in fəal şəkildə monitorinqini aparır. Hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinə münasibətinə xüsusi diqqət ayırırlar. Bu minvalla rəsmi KİV-i izləyir və icmalını hazırlayırlar”.

Monitorinqin nəticəsinə əsasən, Ermənistanda anti-Rusiya təbliğatı himayə edilir. Bildirilib ki, hakimiyyət nümayəndələri də anti-Rusiya baxışları sərgiləyirlər: “Belə hər bir hadisədə günahkarların cəzalandırılması və təcili tədbirlərin görülməsi təklif olunur. Rusiya artıq Paşiyanın ikili oyunlarına dözməyəcək.

Bildirilib ki, N.Paşinyandan bu davranışla bağlı hesabat istəniləcək.

Ermənistan Rusiya-Ukrayna müharibəsindən yararlanmaq istəyir

Göründüyü kimi Ermənistan hökumətinin qarışıq davranışı ölkə KİV-də özünə məxsus etiraza səbəb olub. Ermənistan Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyətdə müttəfiqi Moskvanı nəzərə almadan öz maraqlarını təmin etməyə çalışır.

Ermənistan hakimiyyəti əvvəllər də bu sayaq hərəkətlər edib. Paşiyanın başçılıq etdiyi komandanın üzvlərinin çoxu vaxtı ilə qərbin maliyyə dəstəyi, qrantları ilə antirusiya çıxışları etmişlər. Həmin qüvvələr bu pullarla Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər.

Nikol Paşinyan Rusiya ilə əlaqə saxlayıb vəziyyəti müzakirə etməkdənsə, Fransaya səfər edərək bir daha Rusiyaya arxadan zərbə vurur. Yeri gəlmişkən, o, hakimiyyətə gəlməzdən əvvəl qatı anti-Rusiya mövqeyində olub. 2018-ci ilin aprelinədək Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edirdi. Ancaq Baş nazir olduqdan sonra arxasını Qərbə çevirərək Moskvanın rolunu tərifləməyə başlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan Suriyadakı rejimin başçısı Bəşşar Əsədə yardım etmişdi. Onda ABŞ rəsmi İrəvanın bu addımını tənqid edərək bildirmişdi ki, Ermənistan bununla öz millətinin düşməni olan bir diktatora yardım edir.

Onun Rusiyaya sevgisini açıqlayan çıxışlarından birini yada salaq

2021-ci il aprelin 7-də Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirmişdi ki, RF ilə münasibət Ermənistan hökuməti üçün prioritet olub və olacaq: “Rusiyaya münasibətə gəlincə, bu, Ermənistan hökuməti üçün prioritet olub və olacaq. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibəti qarşılıqlı etimad və xalqlarımız arasında çoxəsrilik dostluq əlaqələri əsasında inkişaf edəcək”.

Ermənistan hakimiyyəti yenidən arxasını Rusiyaya çevirərək Qərb ölkələrinin qapılarında gəzir. Bu, Ermənistan hakimiyyətinin və onların xidmət etdiyi siyasi-ideologiyanın mahiyyətidir. İkiüzlülük, müttəfiqə xəyanət, qonşunun torpaqlarına iddia, yalan və s. erməniliyin ən başlıca xüsusiyyətlərindəndir. Nikol Paşinyan da bu idelogiyanın daşıyıcısı kimi Qərblə Rusiya arasında əsl üzünü göstərir. Azərbaycan qarşısında kapituliyasiyaya imza atan Ermənistanın şərtlərə əməl etməməsi də bu xislətdən doğur. Odur ki, dünya yuxarıda sadaladığımız xarakterinə görə ermənilikdən istifadə edir. Ermənistan və ermənilər etibarsızdır. Onlar gəmini həmişə birinci tərk edirlər.

Son xəbərlər

Orphus sistemi