Ermənistan yenə küncdə - beynəlxalq hüquqdan qeyri-kafi alan İrəvan - ŞƏRH

Ermənistan yenə küncdə - beynəlxalq hüquqdan qeyri-kafi alan İrəvan - ŞƏRH Ötən gecə Ermənistan Azərbaycanla sərhəddə yenə təxribat törədib. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşiyanın Rusiya, ABŞ və Fransa rəsmiləri ilə hadisəyə dair telefon danışığı olub. O, BMT Təhlükəsizlik Şurasına və Kollektiv Təhlükəsizlik Müqavi
Analitika
13 Sentyabr , 2022 12:48
 Ermənistan yenə küncdə - beynəlxalq hüquqdan qeyri-kafi alan İrəvan - ŞƏRH

Ötən gecə Ermənistan Azərbaycanla sərhəddə yenə təxribat törədib. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşiyanın Rusiya, ABŞ və Fransa rəsmiləri ilə hadisəyə dair telefon danışığı olub. O, BMT Təhlükəsizlik Şurasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da müraciət edib. Bu vaxt Ermənistan rəsmiləri və siyasilərinin yadına “suverenlik” və “beynəlxalq hüquq” kimi terminlər də düşüb. Onlar bu terminlərlə spekulyasiya etməyə başlayıb. Rəsmi İrəvan sentyabrın 13-də Azərbaycanın sərhəddə genişmiqyaslı hərbi əməliyyatlara başladığı halda yenə özünə haqq qazandırmaq üçün beynəlxalq ictimaiyyətə və havadarlarına şikayət dolu müraciətlər edib.

Azərbaycan bütün rəsmi çıxışlarda, danışıqlarda regionda sülh və əməkdaşlığın tərəfdarı olduğunu bildirir. Habelə beynəlxalq hüquq və suverenliyin qorunmasının vacibliyini vurğulayır. Bunun üçün rəsmi Bakı regionda maraqları olan tərəflərə yol xəritəsi təqdim edib. Ermənistana isə 5 maddəlik normallaşma sənədi təklif olunub. Rəsmi İrəvan Brüsseldə keçirilən görüşlərdə bu sənədin tərəfdarı kimi çıxış etsə də, sonra ondan imtina edib.

Azərbaycan təkcə regionda deyil, dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi məqsədi ilə beynəlxalq səviyyədə energetika layihələrində fəal iştirak etməkdədir. Dünya ictimaiyyəti bu ölkənin suverenlik və beynəlxalq hüquqa necə əməl etdiyini Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayarkən şahid oldu. Bu gün rəsmi İrəvanın yadına BMT Təhlükəsizlik Şurası da düşüb. Halbuki Ermənistan 30 ilə yaxın dövr ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı bu qurumun qəbul etdiyi 4 qətnaməni yox sayıb. Yaxud Azərbaycanın suveren hüquqlarını 30 il pozub.

Ermənistan bu gün də beynəlxalq hüququ pozmaqda davam edir. Ötən gecə Ermənistanın diversiya qrupları Azərbaycan ərazilərində minaları basdırarkən zərərsizləşdiriliblər. Habelə Ermənistan həm Azərbaycanın suveren hüquqlarını, həm də beynəlxalq hüququ pozaraq Azərbaycan ərazisində qanunsuz silahlı dəstələr və hərbçilər saxlayır. Ermənistan bütün beynəlxalq danışıqlar zamanı əldə edilən razılaşmalara əməl etməməklə də beynəlxalq hüquq normalarına məhəl qoymadığını isbatlayır. İşğaldan təmizlənən Azərbaycan torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini indiyədək rəsmi Bakıya verməyib.

Bu baxımdan rəsmi İrəvanın suverenlik, beynəlxalq hüquq kimi siyasi terminlərdən istifadəsi daha çox öz əməllərini ört-basdır etməyə cəhddir. Ərazi bütövlüyü məsələsi bütün dövlətlərin suverenliyinin təmin olunması və qırmızı xəttidir. Bu gün Ukraynanın ərazi bütövlüyü və suverenliyini az qala bütün dünya hərbi, siyasi, maddi və maliyyə yardımı ilə hərtərəfli müdafiə edir. Bu şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa əsaslanaraq təmin etməyə çalışır. Odur ki, Azərbaycana qarşı Ermənistanın və ya onun havadarlarının istənilən çıxışı məntiqsizdir və beynəlxalq hüquqa ziddir.

Ermənistanın təqsiri ucbatından Azərbaycanla dövlət sərhədləri hələ müəyyənləşməyib. İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası məsələlərində pozuculuq fəaliyyəti göstərən rəsmi İrəvanın suverenlik və beynəlxalq hüquqdan danışması çox gülünc görünür. Beləliklə, 30 ildən artıqdır ki, Ermənistan suverenlik və beynəlxalq hüquq fənlərindən qeyri-kafi qiymət alır. Odur ki, beynəlxalq ictimaiyyətin rəsmi İrəvanı küncdə saxlaması üçün hər cür əsası var.

Son xəbərlər

Orphus sistemi