Azərbaycandan Ermənistana humanistlik dərsi

Azərbaycandan Ermənistana humanistlik dərsi İşğaldan təmizlənən Azərbaycan torpaqlarında qalan erməni hərbçilərin meyitlərini anaları gözləyir.
Analitika
29 Oktyabr , 2020 16:52
Azərbaycandan Ermənistana humanistlik dərsi

Ermənilər öz millətinin qənimi olur. Bunun tarixdə çoxsaylı örnəkləri var. 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələr də bunu təsdiqlədi. “Erməni qırğının”ın təşkilatçısı Eduard Qriqoryan ermənilərin mənzillərinə soxularaq onları qətlə yetirdi. Sonradan həmin erməniləri yerli azərbaycanlıların öldürüdüyü kimi qələmə verdilər. Ancaq çox keçmədi əsl cinayətkarın Qriqoryan olduğu təsdiqləndi. Onu həvs etdilər. Sonra Rusiya apardılar və sərbəst buraxdılar.

Sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücum əməliyyatı zamanı 3 dəfə humanitar atəşkəs elan edilib. Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşısında öhdəlik götürmələrinə baxmayaraq rejimi hər dəfə pozublar.

Humanitar atəşkəs rejimi döyüş bölgələrindən əsgər cənazələrinin götürülməsi və əsirlərin dəyişdirilməsi üçün tətbiq edilir.

Ancaq Ermənistan öz hərbçilərinin meyitlərindən imtina edərək onları götürmək və əvəz etmək istəmir. Əsk-hücum əməliyyatı nəticəsində ermənilər yaşlı insanları atıb-qaçıblar. Azərbaycan hərbçiləri onları götürərək arxa cəbhəyə aparıblar.

Bu yerdə bir sual da yaranır: Görəsən, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan anasını Xankəndindən aparıbmı? Yaxud separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyanın ailəsi indi Xankəndindədirmi? Heç şübhəsiz Serjin anası, Arkadi və Bakonun ailəsi çoxdan Yerevana, bəlkə də başqa yerə köçürülüb. Robert Koçaryan ailəsini Qarabağdan çoxdan köçürüb.

Ermənistanın döyüş bölgəsində atıb qaçdığı yaralı, ölü əsgərlərdən imtina etməsi Qriqoryanın əməlinin davamıdır.

Başqa bir tərəfdən isə rəsmi Yerevan itkilərin sayını gizlədir. Qorxur ki, əsgər anaları, ailələri bu faciəyə görə Ermənistan hakimiyyətinin cəzalandırar. Onlar övladlarının başqasının torpağında ölməsini hakimiyyətə bağışlamaz. Bu onu da göstərir ki, Qarabağda erməni əsgərinin ölməsindən rəsmi Yerevan narahat deyil.

Faşist Almaniyasının mənasız idoleogiyası uğurunda almanlar dünyanı hər yerində öldü, yaxud öldürüldü. Bu ölüm alman analarına, ailələləriə nə verdi? Heç nə! Burnu ovulan faşist Almaniyası yerində oturduldu.

Azərbaycan tərəfi vasitəçilərə və uyğun təşkilatlara çoxsaylı müraciətindən sonra Ermənistan yerindən tərpənib. Oktyabrın 29-da erməni əsgərlərin meyitlərinin bir qismi və bir qoca Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu prosesdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndirildiyini söyləyib: “ Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk”.

Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu məsələyə toxunub: “Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür.

...Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin”.

Azərbaycan tərəfinin təklifi daha məntiqli görünür. Humanitar atəşkəsi 3 dəfə pozan Ermənistana etibar yoxdur. Ermənistanın meyit dəyişdirlən zaman atəş açmayacağına heç kim təminat verə bilməz. Ona görə də meyitlərin iki ölkənin sərhədində mübadilə olunması daha etibarlı görünür.

Ermənistan humanitar atəşkəs rejimi zaman Gəncə, Tərtər,Mingəçevir və Bərdəyə raketlərlə hücum edib. Bu hücum nəticsində 90 dinc sakin şəhid olub, 300-dən çox sakin yaralanıb.

Humanitar atəşkəsə əməl etməyən Ermənistanla döyüş ərazisində mübadilə vəziyyətə uyğun deyil. Prezidentinin tapşırığına əsasən Azərbaycanın birtərəfli qaydada meyitlərin dövlət sərhədində təhvil verilməsi təşəbbüsü ölkəmiz tərəfindən atılan növbəti humanitar addım sayılır.

Dövlət başçısı Ermənistan tərəfin itkilərinin çox olduğunu da vurğulayıb: “Bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur”.

Emənistan tərəfi itkilərin sayını bilərəkdən az deyir. Rəsmi məlumata görə, Ermənistanın döyüşlər 1 119 nəfər itkisi var. Yerevan dəfn etdiyi və şəxsiyyəti təsdiqlənmiş əsgərlərinin adlarını açıqlayır. Ancaq bunların sayının daha çox olduğu sirr deyil. Çünki döyüş meydanlarında və işğaldan azad edilən Azərbaycan torpaqlarında erməni hərbçilərinin xeyli meyitlərinin qaldığı bildirilir.

O da ehtimal edilir ki, Ermənistan hakimiyyəti ölənlərin sayını koronavirusdan qurbanları vasitəsi ilə gizlədir. Belə ki, döyüşlərdə ölən əsgər koronavirus qurbanı kimi qələmə verilir. Bununla da növbəti perspektivdə həmin hərbçinin ailəsinə sosial yardım ödəmək kimi yükdən də Ermənistan özünü azad edir.

Ermənistan 32 gündür döyüşdə ölən hərbçilərinin meyitlərinin təhvil almaq istəmir. Azərbaycan torpaqlarında qalması həm də xəstəlik mənbəyidir.

İşğaldan təmizlənən Azərbaycan torpaqlarında qalan erməni hərbçilərin meyitlərini anaları gözləyir. Humanizmdən uzaq Ermənistan hakimiyyəti bunu çətin anlaya. Çünki mənasız yerə qonşu dövlətin torpağında məhv edilən Paşinyanın oğlu Aşot, arvadı Anna deyil.

Yeri gəlmişkən, Serj Sarqsyanın qardaşı uşaqları, Robert Koçaryanın oğulları, Qukasyan, Saakyanın yaxınları Paşinyanın başladığı bu müharibədə iştirak etmədi.

Torpaqlarını işğalçıdan təmizləyən Azərbaycan Ermənistana meyitlərini qaytarmaqla onlara humanistlik dərsi də verir.

Son xəbərlər

Orphus sistemi