Ekspertlər: ​Neftin qiyməti yüksələcək

Ekspertlər: ​Neftin qiyməti yüksələcək Doha sammitinin uğursuzluğu investorlar üçün gözlənilməz olmayıb
Analitika
18 Aprel , 2016 09:20
Ekspertlər: ​Neftin qiyməti yüksələcək

Bakı. 18 aprel. REPORT.AZ/ Neft hasil edən ölkələrin Doha görüşündə hasilatın dondurulmasına dair razılığın əldə edilməməsi neft qiymətlərini 5%-ə yaxın azaldıb. "Report" xəbər verir ki, investorlar dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının sammitdən əvvəl açıqlamaları fonunda Doha görüşündə müsbət nəticə əldə olunmayacağını əvvəldən proqnozlaşdırdıqları üçün neft qiymətlərinin kəskin azalmayacağını düşünürlər. Neft fyuçersləri ilə ticarət edən iri fondların ticarət əməliyyatları göstərir ki, neftin qiyməti hazırkı konyunkturada 40 dollar/bareldən aşağı düşməyəcək. Bu da onu deməyə əsas verir ki, neft bazarında istənilən mənfi xəbər qiymətlərə ciddi neqativ təsir göstərə bilməyəcək. İnvestorların hərəkətinin neftin qiymətinin 45-50 dollar/barelə kimi yüksəlməsi istiqamətində müşahidə olunur. Məhz Doha görüşü ərəfəsində Küveytdə neft sənayesi işçilərinin tətil elan etməsi və nəticədə hasilatın gözlənilmədən 60% azalması onu deməyə əsas verir ki, neft qiymətləri daha bir müddət 40-50 dollar/barel diapazonunda qalacaq.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri yalnız III rübdən etibarən yenidən 30 dollar/barel səviyyəsinə enməyə başlaya bilər. Çindən gələn göstəricilərin qlobal iqtisadiyyata dəstək verməsi, ABŞ-da işsizlik rəqəmlərinin son 73 ilin minimal səviyyəsinə enməsi qlobal maliyyə bazarlarında müsbət tendensiyanın bir müddət davam etməsinə səbəb olacaq. Hazırda dünya iqtisadiyyatına ciddi təsir edəcək tək hadisə ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı qərarı ola bilər. Uçot dərəcəsi iyun ayında artırılacağı təqdirdə qlobal maliyyə bazarları trendi dəyişərək neqativ istiqamətdə hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi