​Ekspertlər: "AİHM Böyük Palatasının qərarı ermənilərin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərini dəf edib" - ŞƏRH

​Ekspertlər: "AİHM Böyük Palatasının qərarı ermənilərin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərini dəf edib" - ŞƏRH "Məhkəmənin qərarı ermənilərin "soyqırımı" mövzusunu qaldırmaq cəhdlərinə birdəfəlik son qoyub"
Analitika
17 Oktyabr , 2015 16:38
​Ekspertlər: AİHM Böyük Palatasının qərarı ermənilərin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərini dəf edib - ŞƏRH

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qondarma "erməni soyqırımı"nın inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması və ya onun dövlət səviyyəsində tanınması insan haqları üzrə əsas konvensiyaları pozur. 

"Doğu Perinçek İsveçrəyə qarşı" iş üzrə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının qərarını "Report"a şərh edən ekspertlər belə deyiblər. 

"Ali məhkəmə artıq Doğu Perinçekə bəraət verib, bununla da qondarma "erməni soyqırımı"nın tarixi fakt deyil, yalnız bir rəy olması haqqında qərar qəbul edib. Bu, Doğu Perinçek üçün böyük qələbədir", - Ankara TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl "Report"a bildirib.

Onun sözlərinə görə, "erməni soyqırımı" məsələsinin kriminallaşdırılması insan haqları və söz azadlığının pozulmasıdır. 

O xatırladıb ki, BMT-nin soyqırımın qarşısının alınması və ona görə cəzanın tətbiq olunması haqqında Konvensiyasında dövlətin məsuliyyət daşıması haqqında heç bir söz yoxdur. 

"Orada söhbət dövlət məmurları və bilavasitə əlaqəsi olan şəxslərdən gedir. Buna görə də ölkə parlamentləri belə qərar qəbul edərsə, onlar əslində beynəlxalq müqavilələri və qanunları pozur", - ekspert deyib.

Bununla yanaşı, politoloq vurğulayıb ki, hüquqi nöqteyi-nəzərdən Osmanlı İmperiyasında 1915-ci il hadisələrini soyqırımı kimi qələmə vermək olmaz, çünki tarixi baxımdan təsdiq olunmayıb.

Onun sözlərinə görə, müxtəlif ölkələr parlamentlərinin "erməni soyqırımı"nın tanınması haqqında qərarları siyasi xarakter daşıyır. 

"Erməni soyqırımı" məsələsi Türkiyəyə təzyiq göstərmək üçün vasitədir. Bu, Türkiyə üzərində Domokl qılıncıdır", - professor deyib.

Öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov qeyd edib ki, AİHM-nin öz qərarını təsdiq etməsi faktı, yəni İsveçrənin apellyasiyasının rədd edilməsi yaxşı misal olub.

"AİHM-in Böyük Palatası ən ali məhkəmə pillələrindən biri hesab olunur. Onun qərarı ermənilərin "soyqırımı" mövzusunu qaldırmaq cəhdlərinə birdəfəlik son qoyub. Eyni zamanda, bu, Avropa ölkələri, ilk növbədə, İsveçrə, Fransa üçün tövsiyə xarakteri daşıyır", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu cür hadisələr Şərq dövlətlərində (islam) baş versəydi, onları dərhal diktatura və qeyri-demokratik olmaqda, insan hüquqlarının pozulmasında ittiham edərdilər. 

"Bununla belə, illər ərzində biz Avropanın mərkəzində müşahidə edirik, ki "soyqırımın" tanınması ilə bağlı bu cəhdlər insan haqları üzrə əsas konvensiyalarını pozur. Buna görə də Qərbdə yer alan ikili standartlar haqqında düşünməyə vadar edir", - R.Hüseynov qeyd edib.

1915-ci il hadisələrinin siyasiləşdirilməsi mövzusuna toxunan institut əməkdaşı qeyd edib ki, bütün bu illər ərzində dünya 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin şahidi olub, yəni erməni tərəfi və sponsorları birbaşa müzakirələrdən çəkiniblər.

"Biz bilirik ki, türk və erməni politoloqları arasında komissiya yaradılıb, ermənilərin sayəsində həmin komissiya fəaliyyət göstərmir. Hazırda siyasiləşdirmə cəhdi Avropa ölkələrinin sərt reaksiyası ilə qarşılaşıb. Düşünürəm ki, perspektivdə heç bir fayda olmayacaq, yəni bu məsələyə ermənilər çox diqqət ayırmayacaq, bu məqsədəuyğun olmayacaq", -  o bildirib.

Son xəbərlər

Orphus sistemi