Ekspertlər ABŞ və Şimali Koreya liderlərinin görüşünü fərqli qiymətləndirirlər

Ekspertlər ABŞ və Şimali Koreya liderlərinin görüşünü fərqli qiymətləndirirlər "Bugünkü sammit ABŞ üçün tarixi hadisədir"
Analitika
12 İyun , 2018 12:42
Ekspertlər ABŞ və Şimali Koreya liderlərinin görüşünü fərqli qiymətləndirirlər
AP Photo/Susan Walsh
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Yalnız Şimali Koreyanın nüvəsizləşdirilməsindən (denuklerizasiya) sonra ABŞ və Şimali Koreya liderlərinin görüşündən nəticə gözləmək olar.

Bu barədə "Report"a Sinqapurda Donald Tramp ilə Kim Çen In arasında bu gün keçirilən görüşü şərh edən politoloq Rasim Musabəyov bildirib.

"Bu insanların münasibətlərində konkret nəyisə iddia etmək son dərəcə çətindir. Məsələn, Tramp "Twitter"dən elə həmin KXDR-ə qarşı müharibə elan edə bilər. Yalnız Şimali Koreyanın denuklerizasiyasından sonra iki liderin görüşündən nəticə gözləmək olar. Amma anladığım qədər, Kim Çen In nə raketlərini, nə də nüvə qurğularını vermək niyyətində deyil. Onların haqqında danışılan fantastik görüş heç də fantastik deyil", - ekspert vurğulayıb.

"ABŞ və Şimali Koreya liderlərinin görüşünü bütün dünyada gözləyirdilər, lakin o, daha çox yarımadanın iki qütbü üçün xüsusi əhəmiyyət daşıyır". 

Bunu Hanquq Regionşünaslıq Universitetinin (Cənubi Koreya) dosenti, politoloq Rövşən İbrahimov deyib. Onun sözlərinə görə, yarımadanın cənubunda bu danışıqlara böyük ümid bəsləyirlər. 

"İki ölkə lideri problemin gələcək həlli üçün siyasi iradələrini ifadə ediblər. Bu barışıq Şimali Koreyaya çox lazımdır, ABŞ isə regionda vəziyyətin sabitləşməsində maraqlıdır. Cənubi Koreyaya gəlincə, burada hadisələrin inkişafını çox diqqətlə izləyirlər. Cənubi Koreya danışıqların uğurlu olacağına və bundan sonra yarımadanın hər iki tərəfinin kommunikasiya əlaqələri quracağına ümid edir", - R.İbrahimov deyib.

Politoloq Tofiq Abbasovun fikrincə, bugünkü görüş 50 ildir nə güc, nə də diplomatiya yolu ilə Şimali Koreya məsələsini həll edə bilməyən ABŞ üçün tarixi hadisədir. Eyni zamanda bütün dünya Donald Tramp və Kim Çen In arasındakı görüşdən məmnun qalsa da, Trampın simasında rəsmi Vaşinqtonun öz məqsədləri var: "Donald Trampın Şimali Koreya bəndini qırdığını demək olar. Hesab edirəm ki, bununla Şimali Koreyanın dövlət quruluşu olaraq məhv edilməsi başlayır".

Ekspert qeyd edib ki, ABŞ siyasəti bu halda ötən əsrin ortalarından qalan keçmiş məqsədlərindən imtina etməyə alışmayıb: "Rəsmi Vaşinqton üçün Şimali Koreya rejimi qeyri-qanunidir. Onlar üçün bu problemi kökündən həll etmək vacibdir. Şimali Koreya Rusiyanın müttəfiqidir və Çin üçün plasdarmdır. Ona görə də ABŞ denuklerizasiya və Koreya yarımadasının Cənubun bayrağı altında birləşdirilməsi yolu ilə rəqiblərini manevr ərazilərindən məhrum etməyə çalışır. Trampın Şimali Koreyaya ediləcəyini açıqladığı yardım sözdə çox təsirli olacaq. Amma sadəcə KXDR-in çiçəklənməsi üçün yardım göstərmək ABŞ-ın maraqlarına uyğun deyil".

Son xəbərlər

Orphus sistemi