Ekspert: "Qarabağ məsələsi üzrə Vyana görüşünü atılacaq konkret addımlara görə qiymətləndirmək lazımdır" - ŞƏRH

Ekspert: "Qarabağ məsələsi üzrə Vyana görüşünü atılacaq konkret addımlara görə qiymətləndirmək lazımdır" - ŞƏRH Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana görüşündən sonra ümidverici bəyanatlar səslənib, lakin onun nəticələrini atılacaq konkret addımlarla qiymətləndirmək lazımdır. Bir sıra mühüm humanitar məsələlər həllini taparsa, danışıqlar prosesinin bu ən yeni mərhələsinin uğurlu olacağını gözləmək olar.
Analitika
30 Mart , 2019 13:34
Ekspert: Qarabağ məsələsi üzrə Vyana görüşünü atılacaq konkret addımlara görə qiymətləndirmək lazımdır - ŞƏRH

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana görüşündən sonra ümidverici bəyanatlar səslənib, lakin onun nəticələrini atılacaq konkret addımlarla qiymətləndirmək lazımdır. Bir sıra mühüm humanitar məsələlər həllini taparsa, danışıqlar prosesinin bu ən yeni mərhələsinin uğurlu olacağını gözləmək olar.

Bu barədə "Report"a azərbaycanlı politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.

"Təbii ki, ölkə Prezidentinin Vyanada Ermənistanın baş naziri ilə görüşdükdən sonra bir sıra ümidverici bəyanatlar səsləndirməsi inamı artırır. Bu, ən azı danışıqlar prosesinin davam etdiyini, Prezidentimizin dediyi kimi, onun yenidən start götürdüyünü göstərir", - İ.Vəlizadə deyib.

Eyni zamanda o xatırladıb ki, danışıqlar prosesində digər tərəf - Ermənistan da iştirak edir və onlar son vaxtlar keçirilmiş görüş və danışıqların yekunları üzrə müəyyən vaxtdan sonra bir-birinə zidd bəyanatlarla çıxış edirlər və bu da, təəssüf ki, eyni prosesin müxtəlif cür təfsir olunması ilə nəticələnir.

Yaxın zamanlarda bu istiqamətdə konkret işlər aparılarsa və konkret nəticələr əldə edilərsə, bu görüşün məhsuldar olduğunu söyləyə bilərik

İlqar Vəlizadə

Политолог Ильгар Велизаде:

"Ümid edirəm ki, bu dəfə tərəflərin görüşün gedişatı və bu görüşdə əldə edilmiş nəticələr barədə qiymətləndirməsi eyni olacaq. Çünki tərəflərdən biri nikbin bəyanat verəndə, digəri isə müəyyən müddətdən sonra fərqli çıxışlar edəndə danışıqların, ümumilikdə, konstruktiv və məzmunlu olduğu təsəvvürü yaranmır", - deyə politoloq vurğulayıb.

"Ölkə Prezidentinin bəyanatında, həmçinin həmsədrlərin bəyanatında tərəflərin konkret mövzulara dair müzakirələr apararkən və bu konkret mövzular üzrə danışıqlar prosesinin inkişafı imkanlarına uyğun qərarlar qəbul edərkən konkretliyə ehtiyac olduğu göstərilib. Vyana görüşünün yekununda humanitar məsələlərin həlli üçün şəraitin yaradılması istiqamətində görülən işlərin gücləndirilməsi barədə qərar qəbul edilib. Münaqişə gündəmində bu gün dayanan ən mühüm humanitar məsələlərdən biri girovların dəyişdirilməsi məsələsidir. Azərbaycan tərəfi "hamıya qarşı hamı" kimi xarakterizə olunan yanaşmanın həyata keçirilməsini təklif edir. Yaxın zamanlarda bu istiqamətdə konkret işlər aparılarsa və konkret nəticələr əldə edilərsə, bu görüşün məhsuldar olduğunu söyləyə bilərik. Çünki görüşün nəticələri barədə atılacaq konkret addımlara görə danışmaq lazımdır", - İ.Vəlizadə söyləyib.

O, bu kontekstdə Dağlıq Qarabağda erməni əsirliyində olan iki azərbaycanlı girovun - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələnin yaxın zamanlarda həllini tapacağına ümidvar olduğunu bildirib: "Bu məsələ həllini taparsa, danışıqlar prosesinin bu yeni mərhələsinin uğurlu olacağını gözləmək olar. Ən azı buna ümid edəcəyik, çünki bu halda görüşdə razılıq əldə olunduğu təsdiqini də tapacaq. Artıq növbəti görüşdə isə "step by step" (addım-addım) praktik xarakterli digər məsələlər də həll ediləcək".

Son xəbərlər

Orphus sistemi