Ekspert: "Rusiya hökuməti qondarma "erməni soyqırımı"nın olmadığını qeyd etməyi vacib sayıb" - ŞƏRH

Ekspert: "Rusiya hökuməti qondarma "erməni soyqırımı"nın olmadığını qeyd etməyi vacib sayıb" - ŞƏRH "Müxtəlif siyasi dairələr Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirmək üçün çalışırlar"
Analitika
11 Mart , 2016 15:58
Ekspert: Rusiya hökuməti qondarma erməni soyqırımının olmadığını qeyd etməyi vacib sayıb - ŞƏRH

Bakı. 11 mart. REPORT.AZ/ "Rusiyanın qondarma "erməni soyqırımı"nı tanınması mütləq normallaşacaq Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün sağalmaz zərbə vura bilərdi".

Bunu "Report"a açıqlamasında Rusiya hökuməti və Ali Məhkəməsinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini qəbul etməkdən imtinasını şərh edərkən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov deyib.

"Rusiya hökumətinin qondarma "erməni soyqırımı"nın olmadığını qeyd etməyi vacib saymasının çox ciddi kökləri, səbəbləri və nəticələri var. Rusiya siyasi ictimaiyyətinin, eləcə də televiziya və KİV-də çıxış edənlərin əksəriyyətinin qondarma "erməni soyqırımı"nı dəstəklədiklərini göstərməyə çalışmasına baxmayaraq, Rusiyada hakim elita bunun nələrə gətirib çıxara biləcəyini çox gözəl anlayır", - deyə R.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, qondarma "erməni soyqırımı" məsələsində Rusiyanın ehtirasları alovlandırması təqdirində Türkiyə özü də tək onlar yox, türk xalqlarının, Ukrayna və Qafqaz xalqlarının təqibi və deportasiyası məsələsini qaldıra bilər.

R.Hüseynov Rusiya hökumətinin qərarını doğru hesab etdiyini bildirib: "Müxtəlif siyasi dairələr, xüsusən də ermənipərəstlər öz maraqlarını güdərək və Ermənistan maraqlarına xidmət edərək Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirmək üçün çalışırlar. Rusiya isə bu məsələnin üstündən keçib, hazırkı mərhələdə müəyyən mənada məsələyə nöqtə qoymağa çalışdı".

Onun sözlərinə görə, bu gün Rusiyanın hakim elitası erməni maraqlarının Rusiya maraqlarıyla eyni olmadığını, Türkiyə ilə gərgin münasibətlərin keçici olduğunu başa düşür: "İki ölkə arasındakı vəziyyət mütləq normallaşacaq. Rusiya-Türkiyə münasibətlərinə sarsıdıcı zərbə vura biləcək və özündən sonra mənfi iz buraxacaq bu cür lazımsız nüanslardan maksimum yan qaçmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi