Yuxarı
    Bağlamaq

    Ekspert: "Nikol Paşinyanın siyasi səriştəsi yoxdur" - RƏY

    Dinlə

    Bakı. 13 sentyabr. REPORT.AZ/ “Ermənistanın baş naziri Nikol Paşinyan axmaq bəyanatlar səsləndirməklə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesini məhv etməyə çalışır”.

    “Report” xəbər verir ki, bunu siyasi ekspert Ehtiram Aşırlı deyib.

    O xatırladıb ki, boş-boş bəyanatlar verməklə kifayətlənməyən N.Paşinyan münaqişənin indiyədək həllini tapmamasında növbəti dəfə Azərbaycanı günahlandırıb: “Bununla belə, işğalçı ölkənin hökumət başçısı Ermənistanı demokratik dövlət kimi göstərmək üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildirib. Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov danışıqlarda irəliləyişlərin olmamasına görə rəsmi Bakını günahlandırmağa cəhd edib. İndi Eduard Şarmazanova sual vermək lazımdır ki, danışıqlarda irəliləyişin olmamasına səbəb Ermənistan və Nikol Paşinyan deyil, bəs kimdir? Bir ölkənin baş naziri danışıqların aparılmasında özünü səlahiyyətli şəxs kimi görmürsə, deməli, o şəxs öz hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Görünür, o həm də Azərbaycan Prezidenti İlham Əliyevlə bir masa arxasında əyləşib diplomatik danışıqlar aparmaq bacarığını özündə görmür. Bu da Nikol Paşinyanın siyasi səriştəsizliyindən xəbər verir. Bir sözlə, öz siyasi bacarığına və Dağlıq Qarabağ münaqişəsinin həll edə biləcəyinə inanmayan işğalçı ölkənin baş naziri beynəlxalq siyasi arenada həyata keçirdiyi uğurlu xarici siyasəti ilə tanınan Prezident İlham Əliyevlə üz-üzə gəlməmək üçün başqa yollara əl atır”.

    Ekspert hesab edir ki, N.Paşinyan və E.Şarmazanov bir faktı ya unudublar, ya da özlərini unutmuş kimi göstərirlər: "Bu da ondan ibarətdir ki, beynəlxalq hüquq münaqişə və işğal faktına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü təsbit edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz. Bu da onu göstərir ki, Nikol Paşinyanın Ermənistanı danışıqlar tərəfi olaraq görməməsi ilə bağlı bəyanatları heç bir əhəmiyyət kəsb etmir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi