Ekspert: "İstehlak mallarının qiymətləri 10-20% bahalaşacaq" - ŞƏRH

Ekspert: "İstehlak mallarının qiymətləri 10-20% bahalaşacaq" - ŞƏRH "Kreditləri valyuta, yəni dollar və ya avroda alan şəxslər, sözsüz ki, böyük problemlərlə üzləşəcək"
Analitika
21 Fevral , 2015 13:49
Ekspert: İstehlak mallarının qiymətləri 10-20% bahalaşacaq - ŞƏRH

Bakı. 21 fevral. REPORT.AZ/ "Manatla dolların bərabərləşməsindən ən çox istehlak bazarı, yəni əhali əziyyət çəkəcək". Bu barədə "Report"a iqtisadçı ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev manatın dollara qarşı rəsmi məzənnəsini şərh edərək bildirib.

"Nəticədə dövriyyədə olan manat kütləsi artacaq, yəni əhali manatı satıb dollar alacaq", - O.Haqverdiyev bildirib.

Onun sözlərinə görə, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində qiymətlər qalxmağa başlayır.

"Düşünürəm ki, bu addımın nəticəsində qiymətlər təxmini 10-12% bahalaşacaq. Xüsusilə bu, istehlak bazarında baş verəcək və ən çox dollara xaricdən avadanlıq və xammal alan və onu Azərbaycanda manata satan hüquqi şəxslərə ziyan dəyəcək", - o vurğulayıb.

Manatla dolların bərabərləşməsi fonunda kreditlərin verilməsi məsələsinə toxunan ekspert vurğulayıb ki, kreditlərlə əlaqədar Rusiyada baş verən hadisələr Azərbaycanda da baş verəcək.

"Kreditləri valyuta, yəni dollar və ya avro ilə alan şəxslər, sözsüz ki, böyük problemlərlə üzləşəcək", - O.Haqverdiyev deyib.

Mərkəzi Bankın siyasəti barəsində suala toxunan ekspert manatın stabil kursunun dəstəklənməsi üzrə bankın monetar siyasətini qeyri-düzgün adlandırıb.

Bununla belə, o, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun sözlərini xatırladaraq, onun manatın devalvasiyası siyasətini tədricən həyata keçirəcəyini söylədiyini qeyd edib.

O vurğulayıb ki, dövlətin sosial siyasəti prioritet olduğundan manatın kursu stabil qalmışdı.

O.Haqverdiyev hesab edir ki, dövlət Mərkəzi Bankın atdığı addımın nəticələrini dəyişmək üçün prosesə qarışa bilər, lakin bu yalnız bank sisteminə yardım edilməsi, yəni iqtisadiyyatın durğunluğunun qarşısının alınması üçün kredit ehtiyatlarının verilməsi ilə məhdudlaşa bilər.

Son xəbərlər

Orphus sistemi